lat. ephemeroptera
Qanadlı həşarat yarımsinfinin dəstələrindən biri.
Dünyada 2000-dən çox növü əhatə edən 23 fəsiləsi vardır. Azərbaycan sularında isə 33 növü yaşayır. G.-nin qanadları torşəkillidir. Arxa qanadı çox kiçikdir, ağız aparatı yoxdur. Sürfəsinin ağzı gəmiricidir. Yetkin fərdlər bir neçə saatdan bir günə qədər yaşayır. Növün adı buradan götürülmüşdür. Müxtəlif şirin sularda yaşayır. Balıqların başlıca yemini təşkil edir.
Biologiya terminlərinin izahlı lüğətilat. helianthus
Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan bitki cinsi.
Ən geniş yayılmış növü yağlı G.-dır. Bu növ bütün dünyada becərilir və G. yağı almaq üçün istifadə edilir. Bu bitki birillik bitkidir, boyu 4-5 m-ə qədərdir. Gülləri sarı rəngli olub səbət çiçək qrupunda toplanmışdır.
See also:
Biologiya terminlərinin izahlı lüğətilat. zeiformes
Balıqlar sinfinin dəstəsi.
50-dən çox növü 6 fəsildə birləşir. Tropk və isti dənizlərdə 1000-dək dərinliklərdə yaşayırlar. Ən geniş yayılmış nümayəndəsi uzunluğu 20-50 sm, çəkisi 8 kq-dək olan adi G.-dır. Azərbaycan sularında təsadüf olunmur.
Biologiya terminlərinin izahlı lüğəti