lat. symphytum
Sümürgənkimilər (göyzabankimilər) fəsiləsindən bitki cinsi.
Dünyada 25, Azərbaycanda isə 3 növü (dərman X., bərk X. və Qafqaz X.) məlumdur.
lat. “canser”, “carcinoma”; yun. “karkinos” – xərçəng
Epitel toxumasında inkişaf edən yaman şiş.
lat. polygonum
Əvəlik fəsiləsindən ikiləpəli bitki cinsi.
Hündürlüyü 50-80 sm-ə çatan, yoğunlaşmış kökümsov gövdəyə malik ot bitkisidir. Azərbaycanda yayılmış 1 növü təbabət üçün daha əhəmiyyətli hesab olunur.
lat. gigantostraca
Merostomlular sinfinin dəstəsi.
Yer kürəsində kembri-devon dövrlərində yaşamışdır. İndi yalnız qazıntı halında tapılır. Nizəquyruqlular dəstəsi isə indi yaşayır.
lat. crustaceae
Buğumayaqlılar tipinin qəlsəmətənəffüslülər yarımtipinin bir sinfi.
X. 2 yarımsinfə bölünür: ibtidai X. və ali X. Dünya faunasına 20 minə qədər növü daxildir. Azərbaycanda isə 344 növü, 134 cinsi əhatə edən 43 fəsiləsi yayılmışdır.
lat. galanthus
Nərgizçiçəklilər fəsiləsindən bitki cinsi.
Soğanaqlı çoxillik otlardır. Azərbaycanda 2 növü yayılmışdır: Qafqaz X. və Xəzər X.
See also:
lat. melilotus
Paxlakimilər (kəpənəkçiçəklilər) fəsiləsindən bitki cinsi.
Ucaboylu ikiillik ot bitkiləridir. Azərbaycan florası üçün 7 yabanı növü xarakterikdir. 1 növü – dərman X.-ü (sarı X.) təbabət üçün əhəmiyyətlidir.
lat. gymnodactylus
Sürünənlər sinfinin kərtənkələlər dəstəsindən heyvan növü.
Azərbaycanda geniş yayılmışdır.
lat. clemmys
Tısbağalar dəstəsinin gizliboyun tısbağalar fəsiləsindən heyvan növü.
Azərbaycanda çox təsadüf olunmur.
lat. pastinaca
Kərəvizkimilər (çətirçiçəkkimilər) fəsiləsindən çoxillik bitki cinsi.
Hündürlüyü 80-90 sm-ə çatan otlardır. Azərbaycan florasına yabanı halda təsadüf olunan 4 növü daxildir. Ən çox yayılan və daha çox əhəmiyyət kəsb edən isə əkin X.-dır.
lat. impatiens
Eyniadlı fəsilədən birillik ot cinsi.
Dünyada 400-dən artıq növü məlumdur. Azərbaycanda bəzək bitkisi kimi 2 növü becərilir.
lat. hawsonia
Ağlarot fəsiləsindən çoxillik bitki növü.
Vətəni tropik qurşaq bölgələridir. 1945-ci ildə Azərbaycana gətirilmişdir. Təbii rəngləyici və kosmetik maddə kimi işlədilir.
lat. erigeron
Mürəkkəbçiçəklilər (astrakimilər) fəsiləsindən (boruçiçəklilər yarımfəsiləsi) ikiləpəli bitki növü.
lat. microspermae
Birləpəlilər sinfindən bitki sırası.
Sıra yalnız səhləbkimilər fəsiləsini əhatə edir.
lat. melolonthinae
Qanadlı həşərat yarımsinfinin sərtqanadlılar dəstəsinin yastıbığcıqlılar fəsiləsinin yarımfəsiləsi.
Azərbaycanda 9 növü (Zaqafqaziya may böcəyi, mərmər böcək, qərb may X. və b.) məlumdur.