Yeddi əsas musiqi səsindən dördüncüsü.
Hərfi ifadəsi F-dir.
Həyatdakı ziddiyyətlər, faciəvi münaqişələr üzərində qurulan əsər.
Faciə, adətən, qəhrəmanın ölümü ilə nəticələnir.
See also:
Ədədin yüzdə bir hissəsi.
Faiz % işarəsi ilə göstərilir; məsələn, 100 faiz yazılışı 100% kimi işarə olunur.
Uzun boruşəkilli gövdəyə və klapanlar sisteminə malik nəfəs aləti.
Faqot ağac nəfəsli alətlər qrupunda ən aşağı səsli alətdir, qalın, dolğun səsə malikdir.
Bina və ya tikilinin üz tərəfi.
Fasadlar estetik gözəlliyi ilə yanaşı, binanın təyinatını da göstərməlidir.
Müəyyən ərazidə yaşayan heyvanlar aləmi.
Hər hansı keçmiş geoloji dövrdə yaşamış, süxurların və ya çöküntü qatlarının arasından qalıqları tapılmış heyvan orqanizmləri kompleksi də öz dövrünün faunasını təşkil edir.
Müəyyən proqram təminatı vasitəsilə yaradılan, kompüterin yaddaşında və ya elektron informasiya daşıyıcılarında saxlanılan informasiya vahidi.
Kompüterdə hər bir fayl yaradıldığı proqram təminatının simgəsi ilə işarə olunur.
Hərəkət bildirən, nə etdi? nə edir? nə edəcək? suallarına cavab verən əsas nitq hissəsi; məsələn: aldı, oxuyur, gedəcək, süzmək, atmamaq və s.
Feil zaman bildirir, şəxsə görə dəyişir, təsdiq və inkarda olur.
Onurğa sütununu təşkil edən həlqələrdən hər biri: onurğa sümüyü.
Bir iş yeri üçün nəzərdə tutulan kompüter.
Bu termin istehsalatda istifadə olunan sənaye tipli kompüterləri bir şəxsin istifadəsi üçün nəzərdə tutulan masaüstü kompüterlərdən və notbuklardan fərqləndirmək üçün işlədilir.
Çıxma əməlinin komponentlərindən biri: çıxma nəticəsində alınan ədəd.
Fərq azalanın çıxılandan nə qədər böyük olduğunu göstərir. 15 - 8 = 7 əməlində «7» fərqdir.
1. Kainatda sonsuz boşluq; göy, asiman.
2. Məntiqi düşünülən forma; başqa formaların, bu və ya digər konstruksiyaların mümkün olduğu mühit.
Üçölçülü, həcmli fiqurlar: kub, piramida, silindr, konus və s.
Güclü külək; bu külək nəticəsində dənizin şiddətli dalğalanması.
Güclü fırtına quruda dağıntılara, dənizdə ciddi dalğalanmaya səbəb olur.
Bax: həndəsi fiqurlar.