Özünəməxsus tərz və üsluba malik əsər tipi.
Ədəbiyyatda dastan, roman, hekayə, komediya; təsviri incəsənətdə portret, peyzaj; musiqidə simfoniya, uvertüra və s. janrlar geniş yayılmışdır.
Yalnız müəyyən qrupun və ya peşə adamlarının istifadə etdiyi söz və ya ifadə.
Başqaları üçün anlaşılmaz olan bu söz və ifadələr ümumişlək ifadələr sırasına daxil deyil.
Danışarkən və ya çıxış edərkən məzmunun ifadəsinə kömək edən əl-qol hərəkətləri.
Jest də mimika kimi natiqlik və deklamasiya məharətini müəyyən edən elementlərdəndir.
See also:
Sirk sənəti janrı; əşyaları (sayı 3-dən az olmamaqla) müəyyən ritmdə atıb-tutmaq bacarığı.
Jonqlyorluq sənəti dəqiqlik və çeviklik tələb edir.
İnformasiya axtarmaq, toplamaq, onu peşəkar şəkildə işləmək və yaymaqdan ibarət yaradıcı fəaliyyət sahəsi.
Jurnalistikanın qəzetçilik, radio jurnalistikası, telejurnalistika, fotojurnalistika kimi sahələri vardır.