Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə dörd ildən bir keçirilən ən böyük beynəlxalq idman yarışları.
İlk dəfə e.ə. 776-cı ildə Qədim Yunanıstanın Olimpiya şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya oyunları adlanır. Ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rəngli bir-birinə keçirilmiş beş halqa olimpiya emblemi kimi qəbul olunmuşdur. Emblemdə əks olunmuş hər rəng bir qitəyə uyğundur: göy rəng Avropanı, sarı rəng Asiyanı, qara rəng Afrikanı, yaşıl rəng Avstraliyanı, qırmızı rəng isə Amerikanı bildirir.

See also:
İbtidai siniflər üçün terminlər lüğətiDeyilişi və yazılışı eyni olan, mənaca bir-birindən fərqlənən sözlər; məsələn: bağ, yay, bal, kök, yaş və s.
Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər arasında heç bir məna əlaqəsi yoxdur; məsələn: yaş – ömrün müəyyən dövrü, yaş – nəm, islanmış; yay – ilin fəsillərindən biri, yay – ox atmaq üçün istifadə olunan vasitə.
See also:
İbtidai siniflər üçün terminlər lüğətiOrkestrin müşayiəti ilə səhnədə ifa olunan musiqili dram.
Opera libretto əsasında yazılır və pərdələrə, səhnələrə, şəkillərə bölünür. V.A.Mosartın «Fiqaronun toyu», C.Rossininin «Sevilya bərbəri», Ü.Hacıbəylinin «Koroğlu», M.Maqomayevin «Şah İsmayıl» operalarını misal göstərmək olar.
İbtidai siniflər üçün terminlər lüğətiBirbaşa mərkəzi prosessorla bağlı olan və onun əməliyyatlarında bilavasitə iştirak edən, verilənləri saxlamaq üçün nəzərdə tutulmuş yaddasaxlama qurğusu.
Kompüterin operativ yaddaşına informasiyanı yazmaq, sonra isə yazılmış verilənləri oxumaq olar. Operativ yaddaş qurğusuna RAM da deyilir.
İbtidai siniflər üçün terminlər lüğəti