İnformasiya daşıyıcısı: müxtəlif məlumatların saxlanması və oxunması üçün nəzərdə tutulan kompakt disk.
See also:
Riyaziyyatın bölmələrindən biri: ədədləri, onların xassələrini, riyazi əməlləri öyrənən elm sahəsi.
Toplama əməlinin komponentlərindən biri: iki və daha çox ədədin toplanmasından alınan nəticə.
5 + 7 = 12 əməlində «12» cəmdir.
Sözlərə qoşularaq əşyanın sayının birdən artıq olduğunu bildirən qrammatik şəkilçi: -lar, -lər; məsələn: uşaq – uşaqlar, çiçək – çiçəklər.
Qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri.
Cəngi, əsasən, zurnaçılar dəstəsi tərəfindən pəhləvanlar yarışında (pəhləvani) çalınır.
Üfüqün dörd əsas cəhətindən biri: şimala əks səmt.
Cənub kompas və beynəlxalq xəritələrdə «S» (ingiliscə south) kimi işarələnir.
Oyun qaydalarını pozmuş komandanı cəzalandırmaq məqsədilə hakim tərəfindən təyin edilən zərbə.
Tələffüzündə səs telləri iştirak edən samitlər.
[b], [c], [d], [g], [ğ], [j], [q], [l]
[m], [n], [r], [v], [y], [z]
Kimyəvi maddə: gümüşü-ağ rəngdə ağır, duru metal.
Civə otaq temperaturunda maye halındadır. Nadir tapılan metallara daxildir. Civə və onun birləşmələri zəhərlidir. Temperaturun dəyişməsi nəticəsində termometrin içərisində qalxıb-enən maddə civədir.
Kino sənətinin əsas növlərindən biri: kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin animasiyası vasitəsilə yaranan film.
Bax: toponim.
Yer üzərində müəyyən xüsusiyyətlərə və əraziyə malik obyektlər: dəniz, okean, ada, materik, səhra və s.
Yer örtüyünü, onun quruluşunu, eləcə də atmosferi öyrənən elm sahəsi.
«Coğrafiya» terminini elmə e.ə. II əsrdə yunan alimi Eratosfen gətirib.
Kompüter oyunlarında istifadə olunan qurğu.
Coystikin tutacağının irəli və ya geri, eləcə də sağa və ya sola tərpədilməsi ilə ekrandakı obyekt hərəkətə gəlir. Coystikin tutacağının üzərində müəyyən funksiyaları olan əlavə düymələr də vardır.
Bitmiş bir fikri ifadə edən söz və ya sözlər.
Cümlədə ya müəyyən bir hadisə haqqında məlumat verilir, ya bir şey soruşulur, ya da bir iş tapşırılır (əmr edilir).