Bədii ifadə vasitəsi: varlığın əlamətinin obrazlı şəkildə ifadəsi.
Epitet rolunda, əsasən, əlamət bildirən sözlər çıxış edir, lakin həmin sözlər məcazi mənada olur; məsələn, «soyuq hava» ifadəsində «soyuq» sözü, sadəcə, sifətdir, lakin «soyuq baxışlar» ifadəsində bu söz epitetdir.
İbtidai siniflər üçün terminlər lüğətiİl hesabının başlandığı zaman, tarix başlanğıcı.
Yeni era İsa Məsihin anadan olduğu gündən, yəni Miladdan başlayır. Əgər biz «2016-cı il» deyiriksə, deməli, İsa peyğəmbərin anadan olduğu gündən 2016 il keçib. Ondan əvvəlki tarixi göstərmək üçün «eradan əvvəl» və ya «Miladdan öncə» ifadələri işlədilir; məsələn, Makedoniyalı İsgəndər Miladdan öncə 356-cı ildə anadan olmuşdur.
İbtidai siniflər üçün terminlər lüğəti