Damalara hərflər yazmaqla verilmiş izahlara uyğun sözləri tapmaqdan ibarət intellektual oyun, bilməcə.
Zehni məşğuliyyətin ən sadə yolu krosvord həll etməkdir.
Kiçikdən böyüyə doğru yan-yana düzülən taxta klavişlərdən ibarət musiqi aləti.
Ksilofon taxta çubuq vasitəsilə çalınır.
See also:
Düzgün çoxüzlü: bütün üzləri kvadrat olan altıüzlü cisim, fəza fiquru.
Kubun 12 tili, 8 təpəsi və 6 üzü var. Kub bəzən heksaedr adlanır.
Həcm ölçü vahidi: eni, uzunu və hündürlüyü 1 metrə bərabər olan kubun həcmi (m3).
Yemək hazırlama sənəti, eləcə də yemək bişirmə və mətbəxlə bağlı ümumi ad.
«Kulinariya» latın mənşəli «kulina» (mətbəx) sözündən yaranmışdır.
Mahnının bir hissəsi, bəndi.
Mahnının hər kupletində mətn dəyişir, melodiya isə eynilə təkrar olunur.
Təhsilin son məqsədlərini, məqsədlərə çatmaq üçün yolları, bu yolların səmərəliliyini yoxlamaq üsullarını özündə birləşdirən dövlət sənədi.
Üzərində əməliyyat icra olunacaq obyekti monitorda göstərən, yaxud işarələyən qrafik element.
Kursor, adətən, ox və ya əl şəklində olur.
Sənayedə, kənd təsərrüfatında, təbabətdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə.
Yarımdairənin diametr ətrafında fırlanmasından alınan həndəsi fiqur.
Hər hansı cismin fiziki çəkisi.
Kütlə qram, kiloqram və s. ilə ölçülür.
İnformasiyanın geniş oxucu (tamaşaçı, dinləyici) kütlələrinə çatdırılması vasitələri: qəzet, jurnal, radio, televiziya və s.
Dörd tərəfi bərabər olan düzbucaq.
Oturacağı kvadrat şəklində olan piramida.
Sahə ölçü vahidi: tərəfi 1 metr olan kvadratın sahəsi (m2).