Müxtəlif alətlərdə çalmaqla musiqi əsərini birlikdə ifa edən musiqiçilər kollektivi.
Tərkibindəki alətlər qrupuna və ifaçıların sayına görə müxtəlif olur: simfonik orkestr, estrada orkestri, caz orkestri, xalq çalğı alətləri orkestri, hərbi orkestr və s.

1. Canlı orqanizmlərdə bir və ya bir neçə vəzifəni yerinə yetirən hissə.
Heyvanlarda və insanda beyin, ürək, göz, qaraciyər, mədə, bitkilərdə isə kök, gövdə, yarpaq, çiçək orqana misal ola bilər.

2. İctimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; məsələn: səhiyyə orqanları, məhkəmə orqanları və s.
İçərisinə körüklərlə hava doldurulan borular sistemindən ibarət olan klavişli-nəfəsli iri musiqi aləti.
Orqan musiqi alətləri içərisində ölçüsünə görə ən böyüyüdür. Alətdəki boruların sayı 800-dən 45 minə qədər ola bilər.
