1. Hər misrası 7 hecadan ibarət 4 misralıq şeir forması.
Bayatıda 3-cü misra sərbəst, qalanları isə həmqafiyə olur. Əsas fikir son 2 misrada ifadə edilir. Adətən, «əzizim», «əzizinəm», «mən aşiq», «aşiqəm», «eləmi» sözləri ilə başlanır:
Əzizim, tala yeri,
Bürc yeri, qala yeri.
Qiyamət o gün qopar,
El köçə, qala yeri.
2. Azərbaycan xalq musiqisində həzin hava adı.
Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları «bayatı» sözü ilə bağlıdır: «Bayatı-Şiraz», «Bayatı-Qacar» və s.
İbtidai siniflər üçün terminlər lüğətiFəal təlim üsullarından biri: kollektiv qarşısında qoyulmuş suala cavabların qeydiyyatı və ümumiləşdirilməsi.
Beyin həmləsinə «əqli hücum» da deyilir. Hərfi tərcüməsi (brainstorming) «beyin fırtınası» deməkdir. Burada müəyyən bir sual ortaya qoyulur. Bütün cavablar, fikirlər dinlənilir və şərhsiz, müzakirəsiz qəbul edilir. Sonra düzgün fikirlər aşkar edilir və yekunlaşdırılaraq təhlil olunur.
İbtidai siniflər üçün terminlər lüğəti