izzat sözündən olub, hörmət, şərəf, etibar, böyüklük, ucalıq, həmçinin namus, qeyrət, ismət mənalarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İzzət məişətimizdə geniş yayılmışdır. İzzət kişi adı sözün qeyrət, namus, hörmət mənaları ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İzzat və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İzzətəli (bax: ad – İZZƏT; ƏLİ) kişi adı Əli hörməti, Əli şərəfi mənalarını ifadə edir.
Adın təhrif olunmuş forması İzzətalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad həm İzzətəli, həm də İzzətalı şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İzzat və Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İzzətullah (bax: ad – İZZƏT; ÜLLAH) kişi adı Allahın hörmətli bəndəsi, Tanrının şərəflisi, şərəfli qulu, köləsi, bəndəsi anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması İzzətulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad yalnız İzzətulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycanın cənub bölgələrində geniş yayılmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAtomların, yaxud atom qruplarının (molekulların, radikalların) elektron (və ya yüklü zərrəcik) itirməsi, eləcə də onlara elektron (və ya başqa yüklü zərrəcik) birləşməsi nəticəsində əmələ gələn yüklü zərrəciklər.
“İon” terminini elmə 1834-cü ildə M. Faradey daxil etmişdir. Cərəyan buraxıldıqda məhlulda mənfi qütbə (katoda) tərəf hərəkət edən müsbət yüklü İ.-a kation, müsbət qütbə (anoda) tərəf hərəkət edən mənfi yüklü İ.-a isə anion deyilir.
Fizika terminlər lüğətiinşaat. Hüdudlayıcı konstruksiyaların otaqlarda hava temperaturunun sabitliyini buraxılabilən hədlərdə saxlama qabiliyyəti; binanın istiyə davamlılığı.
Hüdudlayıcı konstruksiya ilə həmsərhəd olan hava mühitinin və konstruksiyadan keçən istilik axını temperaturlarının vaxtaşırı dəyişkənliyi halları üçün nəzərdə tutulur.
Fizika terminlər lüğəti