►Adətən, bir yerə çoxlu adam gəlib-gedəndə, süfrə açılarkən yemək üstünə ard-arda bir neçə adam gəlib çıxanda kinayə ilə işlədilən ifadə.
İfadə konkret olaraq Molla Nəsrəddinə aid bir rəvayətlə bağlıdır.
Yeddi qızı olan Mollanın arvadı növbəti dəfə doğuş keçirərkən o, arvadının azad olmasını gözləyərək o biri otaqdan tez-tez mamaçaya müraciət edib oğlan, və ya qız olduğunu soruşurdu. Nəhayət, mamaça Mollaya müraciətlə o biri evdən səslənir:
− Molla, gözün aydın, bir qızın oldu.
Molla əsəbi halda dodaqlarını büzərək bir söz demir. Bir qədər keçdikdən sonra mamaçanın yenə səsi gəlir:
− Ay Molla, muştuluğumu ver, bir qızın da oldu!
Molla qadını söymək istəyir, lakin sonra onun günahkar olmadığını nəzərə alıb öz fikrindən vaz keçir. Döşəyin üstündə uzanıb başını əlləri içərisinə alır. Elə bu vaxt mamaçanın cır səsi bir də eşidilir:
− Molla, gözün aydın, bir qızın da oldu!
Molla bu sözü eşidib yerindən dik atılır, ağzını qapıya dirəyib çığırır:
− Sənə qurban olum, Fatmanisə qarı, bir o lampanı söndür, bu qırılmışlar, yəqin, işığa gəlirlər.
Bəzən çoxlu qız doğan qadınlara söz atmaq məqsədilə, habelə evə vaxtsız olaraq çoxlu qonaq gəldikdə də zarafatla bu məsəldən istifadə edirlər.
Məsəllər, deyimlər►Pis, ağır, çıxılmaz vәziyyətә düşmәk, zәiflәmək, vəziyyəti xarablaşmaq.
İfadә qәdim türk xalqlarının bəlli inancı ilə bağlı yaranmışdır.
Bu inanca görə, hər bir predmet nә qәdәr quru qalırsa, bir o qәdәr çox təsir gücünə malik olur. Qәdimdә duanı vә s.-ni yaş olmaqdan, nәmdən qoruyurdular. Əsas məqsəd o idi ki, nәm olub öz təsir gücünü itirmәsin.
İnsanlarda daim belə bir inam olub ki, nәmişlik, yaş olma falçının, ovsunçunun gücünü әlindәn alır. Әn qәdim kosmoqonik təsәvvürə görә, belə bir dixotomiya mühüm olmuşdur: a) ağ, quru, kişi – yuxarı//üst tәrәf; b) qırmızı, yaş, qadın – aşağı//alt tәrәf.
Prof. M.Adilov bu ifadәnin dilimizdəki «gönü suya vermәk» ifadәsi ilә әlaqәsinin olduğuna diqqәti cәlb edir. Onun fikrincə, dilimizdә işlәnәn «şәlәsini (gönünü, dәrisini) sudan çıxarmaq», «sudan quru çıxmaq» vә s. ifadәlәrdәn dә aydın olur ki, «su», «yaş», «nәm» vә s. mәfhumlar evfemistik mәna daşıyır.
Məsəllər, deyimlər►İşi yoluna düşmüş adama kefi durularkən istehza ilə deyilən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Mollanın baqqala borcu varmış. Nə qədər çalışsa da, borcu ödəyə bilmir. Baqqal gözləməkdən bezib başlayır hər gün Mollanın qapısına gəlib hay-küy salmağa, borcunu qaytarmasını tələb etməyə. Molla görür ki, baqqal əl çəkən deyil, düşünüb bir fənd fikirləşib evinin qabağına qaratikan kolları basdırır.
Axşam baqqalın gəldiyini görən Molla arvadını öyrədib özü pəncərənin arxasında gizlənir. Baqqal gəlib qapıda dayanıb qışqıraraq borcunu tələb etməyə başlayır. Bu zaman Mollanın arvadı deyir:
– Ərim pulun yolunu tapıb. Bax bu qaratikanları görürsən?
Baqqal soruşur:
– Görürəm, qaratikandan mənə nə?..
Arvad deyir:
– Buradan hər səhər-axşam qoyun sürüsü keçir. Biz də bu tikanları buraya əkmişik ki, qoyunlar buradan keçəndə yunları ilişsin bunlara. Sonra biz hər gün o yunları yığacağıq. Mən darayıb əyirəcəm, corab toxuyacağam. Molla da aparıb satacaq, sənin pulunu düzəldib verəcəyik.
Baqqal özünü saxlaya bilməyib arvadın bu sadəlövh sözlərinə ucadan gülür. Baqqalın gülüşünü eşidən Molla tez başını pəncərədən çıxarır ki:
– Hə!.. Görürsən işin düzəlib, gülürsən…
Məsəllər, deyimlər►Yaxşı güzəran və firavanlıq üçün zəhmət çəkməyin, əməyə qatlaşmağın vacibliyini vurğulayan ifadə.
İfadə xristian dininin təbliği ilə bağlı bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətə görə, İsa peyğəmbərin həvarilərindən biri olan Pavel xristianlığı təbliğ etmək üçün Makedoniyanın Fessaloniki (indiki Saloniki) şəhərinə gəlir. İnsanlar həvarinin İsa haqqında moizələrinə qulaq asıb Allahın oğlunun göstərdiyi möcüzələrə və onun yenidən zühur edəcəyinə inanırlar. Pavel getdikdən sonra dindarlar iş-güclərini atıb qiyamət gününü gözləməyə başlayırlar. Onda Pavel fessalonikililərə ikinci dəfə bu sözlərlə müraciət edir:
«…Biz heç kimin çörəyini havayı yemədik, zəhmətə qatlaşdıq, heç kimə yük olmamaq üçün gecə-gündüz işlədik, – ona görə yox ki hökmümüz çatmırdı, ona görə ki özünüzü bizə bənzətmək üçün sizə nümunə göstərdik. Biz sizdə olanda bunu nəsihət etdik: kim işləmək istəmirsə, o da yemir. Amma eşidirik ki, bəziləriniz işlərini atıb, zəhmət çəkmək istəmir, vurnuxur. Belələrini inandırırıq ki, sakit-sakit işləyib öz çörəklərini yesinlər».
Bu atalar sözünün SSRİ dönəmində V.İ.Leninə aid olduğunu deyirdilər, çünki onun 1918-ci ilin mayında dərc olunmuş «Aclıq haqqında» məqaləsində belə bir cümlə işlənmişdi: «Kim işləmirsə, o da yemir». Burada maraqlı məqam odur ki, dinin qatı düşməni olan Lenin həmin ifadəni xristianlığın müqəddəs kitabı «İncil»dən götürmüşdür.
Məsəllər, deyimlər►İnsanın bir tələbatı ödəndikcə, marağı təmin olunduqca tədricən əlavə istəklərinin ortaya çıxdığını, həvəsləndiyini istehza ilə bildirən ifadə.
İfadənin bir çox dillərə fransız yazıçısı F.Rablenin (1494–1553) «Qarqantua və Pantaqruel» (1532) əsərindən sonra yayıldığı ehtimal edilir.
Böyük yazıçı, İntibah dövrünün görkəmli nümayəndəsi Fransua Rable adıçəkilən romanında Fransa həyatının eybəcərliklərini, cəmiyyətin bütün sosial qatlarındakı ağır mənəvi mənzərəni kəskin satira atəşinə tutmuşdur. Köhnə qaydaları, o cümlədən insan xarakterindəki idarəçiliyi, tərbiyə və məhkəmə sistemindəki naqislikləri tənqid edən F.Rable baş qəhrəmanın bitib-tükənməyən istəklərindən də danışır və «iştah diş altındadır» ifadəsini işlədir.
Romanın çapından sonra bu ifadə məşhurlaşaraq Avropada geniş yayılır. Müəyyən hərəkət nəticəsində insanın hər hansı bir marağı və ya tələbatı ödənirsə, o həvəslənərək başqa şeylər də istəyir. Məhz situasiya «iştah diş altındadır» birləşməsi ilə ifadə olunur. Başqa bir iddiaya görə, bu ifadənin əsl müəllifi Fransanın Le-Man şəhərinin yepiskopu, 1538-ci ildə vəfat etmiş Jerom Manskidir. Fərziyyəyə görə F.Rable gözəl natiq və polemikalar ustası J.Manskidən sonra həmin ifadəni öz əsərinə daxil etmişdir.
Dilimizdə bu ifadənin qarşılığı kimi «Allah verdikcə bəndə gümana gəlir», «Ağzında şirə qalmaq» deyimləri işlənir.
Məsəllər, deyimlər►Lap çoxdan, qədim, yaddan çıxmış, unudulmuş köhnə vaxtı, keçmiş zamanı bildirmək məqsədilə işlədilən ifadə.
İfadə qədim türk xalqlarının illəri hesablama təqvimi ilə bağlı yaranmışdır.
Mәlum olduğu kimi, VII–XV әsrlәrdә türk qәbilәləri vaxtı 12 illik heyvan siklindәn istifadә edərək hesablayırdılar. Vaxtın belә hesablanması indi dә Şәrq vә Orta Asiyanın bir çox xalqlarında qalmaqdadır. Hәr on iki ildәn bir sikl yenidәn başlanır. Bu barədə XI әsrdә yaşamış vә «türkologiyanın bahadırı» hesab olunan Mahmud Kaşğarinin (1029–1101) verdiyi mәlumat maraqlıdır:
«Türklәr on iki heyvan adını on iki ilә vermişlәr. Doğulma, müharibә və başqa tarixlәri bu illәr üzrә һesablayırlar. Bu adətin yaranması belә olmuşdur: türk xaqanlarından biri özündәn әvvәl baş vermiş bir müharibә ilә maraqlanır, lakin onun tarixi haqqında yanlış mәlumat alır. Odur ki xaqan öz qövmü ilә belә məslәhәtlәşir: «Biz bu tarixi yada salanda sәhv etdiyimiz kimi, bizdәn sonrakılar da sәhv edәcәklәr. Odur ki biz on iki ay vә göydәki on iki bürcә әsaslanaraq on iki ilә ad qoyaq, ta ki bizdәn sonra bu illәr belә adlansın vә bizdәn әbәdi yadigar qalsın».
Xaqan ova çıxdı vә adamlarına vəhşi heyvanları İla çayına tərәf qovmağı tapşırdı. Çaya tәrәf qovulan heyvanlar gәlib çaydan keçmәyә başladılar. Әvvəl sudan siçan keçdi. Odur ki sikl siçan ilә başlanır. Sonra başqaları keçdiyi tәrtibdә illәr sıralandı».
«İt ili» ifadәsi ilә eyni mәnada (qәdim, unudulmuş vaxt) işlәnәn «Nuh әyyamı» («Nuh әyyamından qalma») ifadәsi kontaminasiya nәticәsindә birlәşәrək «it әyyamı» tәrkibinin yaranmasına sәbәb olmuşdur.
Məsəllər, deyimlər►Riyakarlığı, ikiüzlülüyü, sevgi və dostluq pərdəsi arxasında gizlədilən xəyanətkar hərəkəti bildirmək üçün işlədilən ifadə.
İfadə İsa peyğəmbərin həvarilərindən biri olmuş, lakin öz müəlliminə xəyanət etmiş İudanın adı ilə bağlıdır.
«İncil» rəvayətlərinə görə, İsa Məsihin 12 ardıcılı və şagirdi – həvarisi var idi. Yəhudilərin baş ruhaniləri İsanı öldürmək istəyirdilər, lakin onu üzdən tanımaq çətin idi. Buna görə də peyğəmbərin şagirdlərdən biri olan İuda İskariotu ələ alırlar. İuda müəyyən məbləğ qarşılığında öz müəllimini ələ verməyə razılaşır. Taleyin istehzası budur ki, göstərəcəyi «xidmət»in müqabilində İudaya o dövr üçün çox da böyük məbləğ olmayan 30 gümüş pul vəd edirlər.
Rəvayətdə deyilir ki, bu xəyanətkar sövdələşmədən sonra İuda gözətçiləri İsanın olduğu Hefsiman bağına gətirdi və silahlılara dedi: «Kimi öpsəm, İsa odur, onu da tutun». Bundan sonra o, İsaya yaxınlaşdı və «Sevin, müəllim» deyərək onu öpdü. Mühafizəçilər hücum çəkərək İsa Məsihi həbs etdilər və sonra çarmıxa çəkdilər. Beləliklə, İuda adı bütün dövrlərdə xəyanətin, «İuda öpüşü» isə riyakar hərəkətlərin rəmzi oldu.
Bu gün də kiminsə yalan gülüşü, saxtakar münasibəti, riyakar mehribanlığı müşahidə olunanda «İuda öpüşü» ifadəsi yada düşür.
Məsəllər, deyimləriba sözü dilimizdə razı olmamaq, qəbul edliməmək, imtina anlamlarını ifadə edir.
İba kişi adı dilimizdə sonradan İbay formasında da işlənmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan İba/İbay bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiabd sözünün cəmidir. Azərbaycan antroponimikasında qul, kölə mənasını ifadə edən abd/əbdsözü ilə başlayankifayət qədər kişi adı mövcuddur (bax: ad – ABDI; ABDULLA; ƏB- DÜL).
Ərəb dilində İbad əbd sözünün cəmi olub, qullar, bəndələr, kölələr anlamlarını ifadə edir. İbad məişətimizdə geniş yayılmış kişi adlarındandır. Danışıqda İbadət, İbadulla adlarının qısaldılmış formasıdır. Bu gün dilimizdə İbad kişi adından formalaşmış İbadov, İbadzadə, İbadlı soyadları da kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibadat sözü dilimizdə dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin, bir də pərəstiş, sitayiş mənasındadır.
İbadət XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adlarından olsa da, əminliklə demək olar ki, artıq bir çox ərəb-fars mənşəli kişi adları kimi unudulmaqdadır. Lakin hələ İbadət adını köhnəlmiş kişi adlarına aid etmək olmaz.
Azərbaycan şəxs adlarının izahlı lüğətiİbad və mürəkkəb adların tərkibində işlənən Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində İbadullah (bax: ad – İBAD; ÜLLAH) olan kişi adı Allahın qulları, bəndələri, kölələri anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması İbadulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız İbadulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti