əslində İbrahim adının qısaldılmış biçimi olub sonradan rəsmi ad kimi də formalaşmışdır.
İbiş bu gün məişətimizdə köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Xalq tamaşalarından olan “Qaragöz” və “Orta oyunu” tamaşasının personajlarından olan kişilərdən birinin adı da İbişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. İbrahim yəhudilərin peyğəmbəri Avraamın ərəbcələşdirilmiş formasıdır. Dilmizdə böyük ata, xalqların atası, həqiqətlərin atası anlamlarını ifadə edir.
Dünyanın əksər xalqlarının dillərində işlənən şəxs adlarındandır. Bir çox xalqların dillərində Abraham, Abrahams, bəzilərində isə Avram, Avraam, Avraamiy və s. formalarda işlənir. Müxtəlif dillərdə müxtəlif cür səslənir. Adəmdən sonra məhz İbrahim bəşəriyyətin, bəşər övladlarının atası adını almışdır. İslam dinində İbrahim ən böyük peyğəmbərlərdən dördüncüsüdür. Ululəzm peyğəmbərlərdəndir, yəni İslam terminologiyasında beş əsas əzəmət sahibi peyğəmbərlərdən birinin adıdır. Müqəddəs kitablar olan “Quran”da və “Bibliya”da (Avraam) adı çəkilən İbrahim Peyğəmbər haqqında bir çox əfsanə və rəvayətlər də məlumdur. İslamda İbrahim Peyğəmbər Allahın elçisi kimi də məşhurdur. Din tarixində İbrahim Peyğəmbər (ə.s.) oğlu
İsmayılı Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Bu mərasim İslam dinində vacib sayılıb və hər il həcc ziyarətinə gedən zəvvarlar Mina dağı ətəklərində, eləcə də dünya müsəlmanlarının yaşadıqları ölkələrdə qurbanlar kəsiblər. Adın daşıyıcılarından olan tarixçi, şair Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov (1816–1869) Gəncə mədrəsəsində təhsil almış, ərəb, fars dillərini və İslam elmlərini öyrənmişdir. Axund Molla Hüseyndən təlim almışdır. Sonralar Mirzə Fətəli Axundov da bu müdərrisdən təlim almışdır. Məşhur “Divan-i Hikmət” məclisinin Gəncə dönəminin toplantıları bəzən onun evində keçirilmişdir. Şeirlərini “Qüdsi”, “Şeyx” və “Naseh” təxəllüsləri ilə yazmışdır. İbrahim adı məişətimizdə geniş yayılmış adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. İbrahim və ərəb. Xalil adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İbrahimxəlil (bax: ad – İBRAHİM; XƏLİL) kişi adı dost İbrahim, sevimli İbrahim, İbrahim Allahın dostudur anlamlarını ifadə edir.
Dini əfsanələrə görə, yəhudi peyğəmbərlərdən sayılır. Bütpərəstlik əleyhinə təbliğat apardığı və bütxanalardakı bütləri sındırdığı üçün Babil hökmdarı I Nəmrud İbrahimxəlili oda atmağı əmr etmişdi. Onu oda atsalar da, od onu yandırmamışdı. Əksinə, od qalanan yerdə çox gözəl, güllü-çiçəkli bir bağça yaranır. Məişətimizdə bu gün geniş yayılmış kişi adlarından olmasa da, adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından Qarabağ hakimi İbrahimxəlil xan (1726-1806) Şuşa yaxınlığında doğulmuşdur. Onun Qarabağda hakimlik dövrü 1759-1806-cı illərə təsadüf edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. idris (əslində hadras) sözündəndir. İdris kişi adı qədim yəhudi peyğəmbərlərindən olan Hadras Peyğəmbərin adının ərəbcələşdirilmiş biçimidir. İdris kişi adı “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən birinin adındandır.
Bəzi mənbələrdə dərs sözü ilə eyni kökdən olduğu, öyrənmək mənasını ifadə etdiyi barədə məlumatlara da rast gəlinir. Lüğətlərdə tərbiyə etmək, öyrətmək, təhsil vermək, oxutmaq mənaları da qeyd edilmişdir. Mənbələrdə dərzilərin ustadı hesab edilən əfsanəvi peyğəmbərlə əlaqədar olması, ilk dəfə tikiş işi ilə məşğul olduğu üçün təhsil vermək, təhsil almaq, eləcə də öyrənmək və öyrətmək mənalarının onun adı ilə əlaqədar olması barədə məlumatlara da rast gəlinir. İdris həm də Avropada və Qərbi Asiyada hündür, tikanlı kol bitkisinin adıdır. Hündürlüyü səkkiz, bəzən hətta on metrə çatan bu bitkinin ətirli, ağ rəngli gözəl gülləri olur. Bu çiçəkləri qurudub kulinarıyada ədviyyat kimi istifadə edirlər. Mövcud izahlı lüğətlərdə bəzən İdris şəxs adını bu bitkinin adı ilə də əlaqələndirirlər. Azərbaycanda İdris kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiiftixar sözü dilimizdə fəxr, fəxr etmə, öyünmə, şərəf hesab etmə anlamlarını ifadə edir.
İftixar kişi adı XX əsrin sonuna kimi məişətimizdə geniş yayılmış adlar sırasında olsa da, bu gün artıq müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiigid sözü bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən, bahadır, cəsur, qoçaq mənasındadır.
Dilimizdə cəsurluq, qorxmazlıqla bağlı bir çox antroponimlər mövcuddur. İgid kişi adı da bu adlar sırasındadır. Adın təhrif olunmuş forması İgit də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiixtiyar sözü dilimizdə bir neçə mənada işlənir: 1. Öz arzusu və iradəsi; öz arzusu və iradəsi ilə hərəkət etmə; 2. Haqq, səlahiyyət, hüquq, bəyənmə, seçmə; 3. Könüllülük; 4. Güc, qüvvət; 5. Qoca, ahıl. İxtiyar kişi adı öz arzusu və iradəsi ilə hərəkət etmə anlamındadır.
İxtiyar kişi adı XX əsrin sonuna kimi məişətimizdə geniş yayılmış adlar sırasında olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti