Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QULU

azərb. qulu sözü (III şəxs tək. məns. ş. qul sözü) köhnəlmiş sözlərdən olsa da, kişi adı kimi, eləcə də mürəkkəb adların tərkibində işlənir.

Qədim dövrlərdə müharibədə əsir tutulub satılan şəxslərə, eləcə də xidmət üçün satın alınmış, hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə öz sahibinin ixtiyarında olub, lazım gələndə hətta satılıb-alına bilən insan mənasındadır. Onun qulu, onun nökəri mənalarını ifadə etməklə yanaşı, xəlq edilən, bəndə, məxluq anlamlarını da ifadə edir. Bu mənalarda Allahqulu (bax: ad – ALLAHQULU), Tanrıqulu (bax: ad – TANRIQULU), İmamqulu (bax: ad – İMAMQULU ) və b. mürəkkəb adların tərkibində işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti