ərəb. rasmi sözündəndir. Müasir Azərbaycan dilində ümumişlək sözlər sırasında olan rəsmi sözü hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən, yaxud adından olan, hökumət sənədlərinə xas olan, həmçinin bütün qaydaları gözləyərək, mövcud qaydalara müvafiq, soyuq, lakin etik qaydaları gözləyərək, nəzakətli anlamlarını ifadə edir.
Rəsmiyyə qadın adı Azərbaycan antroponimikasında köhnəlmiş adlar sırasında olan Rəsmi kişi adından (bax: RƏSMİ) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti