Reklam
Reklam

Tarix terminləri lüğəti

Yunq planı

I Dünya müharibəsində (1914–1918) məğlub olmuş Almaniya üçün ikinci təzminat (reparasiya) planı.

Y.P. Daues planını əvəzləyib. O, amerikalı maliyyəçi O.Yunqun başçılıq etdiyi, müxtəlif ölkələrin maliyyə ekspertlərindən ibarət qrup tərəfindən hazırlanıb və 1929–1930-cu illərdə Haaqada keçirilmiş reparasiyalar üzrə konfransda təsdiqlənib. Y.P. Almaniyanın ödədiyi illik reparasiyaların məbləğini bir qədər azaldıb, alman sənayesi üzərinə qoyulan xüsusi vergini ləğv edib, xarici nəzarət orqanlarının fəaliyyətini dayandırıb. Bu planın ən mühüm nəticələrindən biri işğalçı qoşunların vaxtından əvvəl Reyn vilayətindən çıxarılması olub. Y.P. faktik olaraq 1931-ci ilin iyuluna kimi qüvvədə olub, 1932-ci ildə Lozanna konfransının qərarı ilə aradan qaldırılıb. Onun Almaniya üçün ağır şərtlərindən nasistlər ölkənin daxilində şovinist əhvali-ruhiyyəni gücləndirmək və hakimiyyətə yiyələnmək üçün istifadə ediblər.

Tarix terminləri lüğəti