Gəncə, Kəlbəcər, Kürdəmir, Oğuz, Ordubad, Şəmkir, Zəngilan
Bax: bəliyə. □ Qıza bəlgə aparallar (Oğuz); Bizim kətdə bəlgəsiz qız verməzdər (Zəngilan); Bu axşam Zeynava bəlgə aparajaxlar (Şəmkir).
Salyan
Bəhanə.
Bakı
Şaftalı qaxı. □ Ordu batdan gələndə birez bəlgə getirmişdim, mənnəm hasının qəzəbinə gəlib.
Ağdam, Bakı, Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, İmişli, Kürdəmir, Salyan, Zəngilan
Vuruşma zamanı müdafiə üçün qola sarınan sarğı. □ Qolumda bəlgə olmaseydi, vuruf sümüyümü sındırmışdı (Ağdam); Dava eliyəndə çuxamızı qolımıza dolayırduğ, oa bəlgə deyərdüğ (İmişli); Bəlgəni qolə doleylər (Cəlilabad).
Ağdam, Salyan
Əkin sahələrinin sərhədini bildirən nişan. □ Bu yerə bəlgə qoy (Ağdam); Arbatan qolxozuynan bizim qolxozun bəlgəsi fermənin yanındadı (Salyan).
Şuşa
Gön aşılamaq üçün narın qabığından və yarpağından hazırlanmış maddə. □ Bəlgə qutardı, gön istaxda qaldı.
Zəngilan
Boyaqçılıqda istifadə olunan bitki.
Bakı, Salyan
Sənəd, əsas. □ Əlündə bəlgön var ki, belə di:rsən? (Bakı).
İmişli, Kürdəmir
Batmaması üçün balıq torunun yan iplərinə bağlanan qamış. □ Torun üst ciyəsinə bəlgə bağlanır (Kürdəmir); Lələ, torun bəlgəsi sınıb, qarğı gətrim düzəldəg (İmişli).
Masallı
Çox duzlu.
Həmçinin bax:
Azərbaycan dilinin dialektoloji lüğəti