Reklam
Reklam

Tarix terminləri lüğəti

baskak

türk. basmak – hücumetmə, tapdalama, basma

Monqol-tatar xanının fəth olunmuş ərazilərdə vergi yığan və əhalini qeydə alan nümayəndəsi, məmur.

B.-ların hərbi dəstələri olub, onlar vergi yığdıqları ərazilərdəki üsyanların yatırılmasına da rəhbərlik ediblər. Rus torpaqlarına XIII əsrin ortalarında gəlmiş B.-ların fəaliyyətinə XIV əsrin I yarısında – vergi toplanması yerli knyazlara tapşırıldıqdan sonra son qoyulub.

Tarix terminləri lüğəti