Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bayaz

Kiçik qeydlərin, hikmətamiz fikirlərin, şeirlərin yazıldığı poetik məcmuə.

Orta əsrlərdə ədəbi prosesi izləyən bir çox ziyalılar bəyəndikləri şeirləri bayazlara köçürür və bu üsulla poetik antologiyalar yaradırdılar. O dövrün bayazları müasir xatirə albomlarını xatırladır. XIX–XX əsrlərdə Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan bayazlarda seçmə şeir parçaları, dualar, ailədə əlamətdar hadisələrə dair qeydlər, tarixlər yazılırdı. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində Gülbahar öz qardaşlarını atasından yadigar qalan bayazdakı ibrətamiz sözlərlə mehribanlığa və birliyə çağırır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti