1. Saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir. □ Ona bir söz demə ha!
2. Təkid, vaciblik, lazımlıq bildirir. □ Bizə gələrsən ha!
3. Heyranlıq, valehlik bildirir. □ Gözəldir ha!
4. İntonasiyadan asılı olaraq, bəzən sözə, cümləyə istehza, rişxəndlik çaları verir. □ Amma yazmısan ha.
Ziddiyyət bildirən ədat – ki. □ Nə olsun, adımız olubdur qoçaq; Ceyran ha deyilik ovçudan qaçaq. (H.K.Sanılı).
1. Qeyri-müəyyən zaman və ya yer bildirir; hansı. □ ..Ha tərəfə getmək lazım olduğunu özü də bilmirdi. (S.M.Qənizadə).
2. Bir şeyin davamlılığını bildirir; nə qədər. □ Keçəl ha ağladı ki, qovunu ver, lotubaşı vermədi. (“Aşıq Qərib”).
Azərbaycan dilinin izahlı lüğəti