lat. cliens, clientis – sözə qulaq asan, himayə edilən
Qədim Romada əyan və ya varlı patronun himayə etdiyi, bir çox cəhətdən hamisindən asılı olan azad adam.
Bu sosial asılılıq forması e.ə. VI–III əsrlərdə quldarlıq quruluşunun erkən dönəmlərində xüsusilə geniş yayılıb. Varlı patrisilərin çoxlu K.-ləri (kliyentelası) olub.
Tarix terminləri lüğəti