Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mövzu

Yazıçının әsәrdә müәyyәn hәyat materialı vasitәsilә işıqlandırdığı problematika.

Əsərin mövzusu, məzmunu və ideyası bir-biri ilə bağlı anlayışlardır. Əsərdəki həyat materialı məzmun, bu material vasitəsilə yazıçının toxunduğu problem mövzu, oxucuya çatdırmaq istədiyi fikir isə ideyadır.  Ayrı-ayrı yazıçıların dünyagörüşündәn, bәdii yaradıcılıq metodundan asılı olaraq eyni bir mövzu hәr müәllifdә özünәmәxsus şәkildә işıqlandırılır. Əsәrdә әsas mövzudan әlavə, onunla әlaqәdar yardımçı mövzular da ola bilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti