Şərq ölkələrində geniş yayılmış qədim kütlə vahidi.
Keçmişdə ərəblər tərəfindən qızıl, zəfəran və digər kiçikhəcmli qiymətli maddələri ölçmək üçün istifadə olunub. Quranda M. termini “cüzi miqdar” anlamında işlənir. Ərəblərdə 1 M. 4,6875 q-a bərabər olub, Azərbaycanda isə 4,266 q-a bərabər götürülür ki, bu da köhnə rus ölçü vahidi zolotnikə uyğun gəlir. Çox güman ki, XIX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra rusların bir çox ölçü vahidləri kimi, zolotnikin də M. adı altında işlənməsinə başlanıb.
Tarix terminləri lüğəti