Reklam
Reklam

Tarix terminləri lüğəti

onomastika

yun. onomastikos – ada aid olan < onoma – ad

Dilçilik elminin xüsusi isimləri, onların yaranma və dəyişmə tarixini öyrənən bölməsi.

O.-nın coğrafi adları (toponimləri) tədqiq edən hissəsi toponimika adlanır. Bir sıra elmlərin (dilçilik, coğrafiya, tarix, etnologiya və s.) sərhədində fəaliyyət göstərən toponimikanın məlumatlarından müxtəlif sahələrdə, o cümlədən tarixi araşdırmalarda geniş istifadə edilir.

Tarix terminləri lüğəti