Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oyatmaq [oyatmax] feil

1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. □ Anası hər səhər onu güclə oyadırdı.
2. Məcazi mənada: canlandırmaq, diriltmək, həyat vermək. □ ...torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək.
4. Məcazi mənada: törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq. □ ...Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti