Reklam
Reklam

Tarix terminləri lüğəti

qarakitaylar

1125-ci ildə Kidanlar (Xitaylar) dövləti dağıldıqdan sonra Orta Asiyaya köçmüş, habelə daha əvvəl həmin ərazidə məskunlaşmış monqol mənşəli kidanların (xitayların) orta əsr mənbələrində adı.

Əsasən, Talas və Çu çayları vadisində yerləşən Q. burada eyniadlı dövlətin (1140–1213) əsasını qoyublar. Q. buddist olublar, sonralar qonşu türk xalqlarına qarışaraq onların etnogenezində iştirak ediblər.

Tarix terminləri lüğəti