Reklam
Reklam

Tarix terminləri lüğəti

rezervasiya

lat. reservation < reservare – saxlayıram, qoruyuram

Ölkənin azsaylı aborigen əhalisinin yaşaması üçün ayrılmış xüsusi ərazi.

İlk R.-lar ABŞ hinduları üçün XIX əsrin 60-cı illərində yaradılıb. Burada əsas məqsəd hinduların həyat tərzini, etnik və mədəni özünəməxsusluğunu yad təsirlərdən qoruyub saxlamağa imkan vermək olub. Lakin ilk baxışdan xeyirxah məqsədlərlə təşkil edilmiş R.-lar sonralar hinduların ətraf aləmdən təcrid olunmasına və ictimai tərəqqidən geri qalmasına gətirib çıxarıb. XX əsrin 40-cı illərindən başlayaraq Cənubi Afrika Respublikasında aparteid siyasəti çərçivəsində “bantustan” adlanan xüsusi R.-ların yaradılması və qaradərili əhalinin zorla həmin ərazilərə köçürülməsi R.-lar barədə birdəfəlik mənfi rəy formalaşdırıb.

Tarix terminləri lüğəti