Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sancmaq [sancmax] feil

1. Batırmaq, geydirmək, soxmaq. □ Dərziyə dedilər köç, iynəni (papağına) sancdı. (Atalar sözü). 

2. Taxmaq, ilişdirmək, keçirmək; bənd etmək, ilişdirmək, keçirmək. □ dəli dəlini görəndə çomağını belinə sancar. (Atalar sözü). 
3. Dişləmək. □ Arı sancmaq. Əqrəb sancmaq.
4. Sanki bir şey batır kimi ağrımaq. □ Ürəyi sancmaq. Başı sancmaq. 
5. Məcazi mənada: ağır söz deyib qəlbinə dəymək, incitmək,acılamaq, zəhərləmək. □ Səməndər Nərgizi sancmağa fürsət tapdı. (B.Bayramov).

Həmçinin bax:

frazeologizm: dalağı sancmaq frazeologizm: gölə qələmə sancmaq Azərbaycan dilinin izahlı lüğəti