Reklam
Reklam

Tarix terminləri lüğəti

senzor

lat. censor < senseo – siyahıya alıram

1. Qədim Romada ali dövlət vəzifələrindən biri.

Burada senturiya komitsiyaları tərəfindən hər biri 5 illiyə seçilmiş iki S. olub. Antik məlumatlara görə, S. institutu e.ə. 443-cü ildə yaranıb və ilk öncə yalnız patrisilər bu vəzifəni tuta biliblər. E.ə. 351-ci ildə plebeylər də belə hüquq əldə ediblər. S.-lar senzi həyata keçiriblər və senatorların siyahılarını tərtib ediblər. Dövlətin maliyyə işlərinə və mənəvi normalara əməl olunmasına nəzarət funksiyası da onlara verilib. Sonralar S. vəzifəsi tədricən öz əhəmiyyətini itirməyə başlayıb, e.ə. I əsrin ortalarından isə onların səlahiyyətləri imperatorlara keçib. İmperiya dövründə (e.ə. 27-ci il – eramızın 476-cı ili) S. vəzifəsi birdəfəlik ləğv edilib.

2. Senzuranı həyata keçirən şəxs.

Tarix terminləri lüğəti