Reklam
Reklam

Tarix terminləri lüğəti

türbə

ər. türbət – məzar, qəbir

Görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə onların qəbri üzərində inşa olunan tikili.

T.-lər orta əsrlərdə Şərq ölkələrində geniş yayılıb. Bu tip tikililər Qərbdə mavzoley adlanır. Memarlıq quruluşuna görə T.-lər kubşəkilli, səkkizbucaqlı və qülləvarı olur. Günbəzlə örtülən kubşəkilli T.-lərdə sənduqə (məzarın üzərindəki sinədaşı) döşəmə səviyyəsində, qülləvarı T.-lərdə isə yeraltı sərdabədə yerləşir. T.-lərin xarici tərəfi ornament və kitabələrlə bəzədilir. Naxçıvanda Möminə xatun T.-si (XII əsr) və Ərdəbildə Şeyx Səfi T.-si (XV əsr) Azərbaycan memarlığının şah əsərləri sayılır.

Tarix terminləri lüğəti