yun. Elláda – hərfi mənada: ellinlər ölkəsi
Yunanların öz ölkələrinə verdikləri rəsmi ad.
İlk öncə Fessaliyanın cənubunda Ftiotida vilayətinin adı olan E. daha sonra bütün Yunanıstana şamil olunub. Tarixi ədəbiyyatda E. termini çox vaxt Qədim Yunanıstan məfhumunun sinonimi kimi işlənir.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. Hellenismos
Yunanıstanda və Aralıq dənizinin şərq sahili ölkələrində Makedoniyalı İsgəndərin hərbi yürüşlərindən (e.ə. 334–323) başlayaraq burada Roma imperiyasının hökmranlığı tam bərqərar olanadək (e.ə. 30-cu il) davam edən tarixi mərhələ.
E. termini ilk dəfə XIX əsrin 30-cu illərində alman tarixçisi İ.Q.Droyzen tərəfindən işlədilib. Tədqiqatçılar onu müxtəlif mənalarda şərh edirlər. Bununla belə, E. dövrünün konkret səciyyəvi xüsusiyyətləri var: Makedoniyalı İsgəndərin fəth etdiyi ərazilərdə onun ölümündən sonra yunan dili və mədəniyyətinin geniş yayılması; yunan mədəniyyəti ilə Şərq, ilk növbədə, İran mədəniyyətinin qarşılıqlı sintezi prosesinin güclənməsi; klassik quldarlığın yaranması. E. mərhələsində mədəni və iqtisadi fəallıq mərkəzlərinin Yunanıstandan tədricən Kiçik Asiya və Misirə keçməsi də müşahidə olunur.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. Hellenes
Yunanların özlərinə verdikləri ad, endoetnonim.
E. termininə yunanların etnonimi anlamında ilk dəfə e.ə. VII əsrdə şair Arxiloxun əsərlərində rast gəlinir. Tədricən o, Yunanıstanın materik və arxipelaq hissələrində, eləcə də Kiçik Asiyada məskunlaşmış və yunan dilində danışan əhalinin ümumi adına çevrilib. Müasir yunanlar özlərini E. adlandırsalar da, tarixi ədəbiyyatda bu termin Qədim Yunanıstanın sakinləri anlamında işlənir.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. emancipatio – asılılıqdan azadolma
Müxtəlif növ asılılıqdan qurtulma, hər cür məhdudiyyət, basqı və xurafatın aradan qaldırılması, bərabər hüquqların əldə edilməsi.
E.-nın müxtəlif növləri var. Daha geniş yayılmış “qadınların E.-sı” məfhumu zərif cinsin nümayəndələrinin ictimai-siyasi həyatda, eləcə də məişətdə və ailə daxilində kişilərlə bərabər hüquqlar əldə etməsi anlamında işlənir. “Qulların E.-sı” deyildikdə onların azadlıq qazanması nəzərdə tutulur. “Yəhudilərin E.-sı” isə onlara qarşı bütün hüquqi məhdudiyyətlərin aradan qaldırılması mənasını verir.
Tarix terminləri lüğətiisp. embargo – yasaqlama, həbs qoyma
Bir dövlətin hakimiyyət orqanları tərəfindən ölkəyə mal, xidmətlər, valyuta və digər qiymətli əşyaların gətirilməsinə, yaxud onların ölkədən çıxarılmasına qoyulan qadağa.
E. həmçinin hər hansı xarici ölkənin həmin dövlət ərazisindəkı əmlakını həbs etməyə imkan verir. Belə qadağa çərçivəsində istənilən ölkə digər dövlətlərə məxsus gəmilərin və yüklərin öz limanlarına girməsini, yaxud oradan çıxmasını yasaqlaya bilər. E. müharibə və dinc dövrdə tətbiq olunur. Dinc dövrdə E. digər ölkəyə qarşı siyasi, iqtisadi və maliyyə təzyiqi vasitəsi rolunu oynayır. BMT nizamnaməsi beynəlxalq təhlükəsizliyi təhdid edən ölkələrə qarşı cəza tədbiri kimi kollektiv E.-nun tətbiqini nəzərdə tutur.
Tarix terminləri lüğətiyun. èndon – daxili + éthnos – tayfa, xalq + ónoma – ad
Xalqın (etnosun) özünə verdiyi ad.
Digər xalqların etnosa verdiyi ad (ekzoetnonimlər) bir çox hallarda onun özünə verdiyi addan fərqlənir. Çeçenlər özlərini “noxçiy”, finlər – “suomalayset”, isveçlilər – “svenskar”, inquşlar – “qalqai” adlandırırlar və s. E.-lər həmin xalqların özləri tərəfindən, o cümlədən rəsmi səviyyədə işlənir.
Tarix terminləri lüğətilat. aeneus – mis + yun. lithos – daş
Bəşəriyyətin inkişafında Neolitdən Tunc dövrünə keçid dövrü.
Elmi ədəbiyyatda E. bəzən Mis dövrü, Mis-daş dövrü və Xalkolit (yun. chalkos – mis) də adlanır. E.-də daş alətlər hələ üstünlük təşkil etsə də, bəşər tarixində ilk dəfə olaraq insanlar mis alətlər hazırlamağa başlayıblar. E.ə. IV–III minillikləri əhatə edən bu mərhələdə əhalinin əsas məşğuliyyəti toxa əkinçiliyi, maldarlıq və ovçuluq olub. Termin 1876-cı ildə Neolitlə Tunc dövrü arasında xüsusi keçid mərhələsinin olduğunu vurğulamaq üçün macar arxeoloqu F.Pulski tərəfindən irəli sürülüb.
Tarix terminləri lüğətiyun. hènosis – ittifaq, birlik
Yunanıstana birləşmək uğrunda mübarizə aparan millətçi hərəkat.
Pravoslav kilsəsinin başçılıq etdiyi bu hərəkat 1830-cu ildə müstəqil yunan dövləti yarandıqdan sonra formalaşıb. Onun məqsədi Osmanlı dövlətinin hakimiyyəti altında qalmış, yunanlar yaşayan ərazilərin Yunanıstana birləşdirilməsi olub. XX əsrin ortalarından E. ideyasına Kiprin yunan icmasının qatı millətçi dairələri dəstək veriblər. Həmin dairələrin 1974-cü ilin iyulunda türk əhalisinin rəyi olmadan Kipri Yunanıstana birləşdirmək cəhdi Türkiyənin müdaxiləsi nəticəsində baş tutmayıb. Türkiyə hökuməti adaya qoşun çıxararaq Kiprin müstəqilliyini və buradakı türklərin təhlükəsizliyini təmin edib.
Həmçinin bax:
Tarix terminləri lüğətiŞumer yazısında pa-te-si kimi transliterasiya olunur, etimologiyası dəqiq bəlli deyil
1. Qədim Mesopotamiyada e.ə. XXVII–XXVI əsrlərdə şəhər-dövlətin hakimi.
E. bəzi dini, hətta müəyyən hərbi funksiyalar da yerinə yetirib: məbədlərin qulluqçularından ibarət hərbi dəstəyə rəhbərlik edib. E.-lərin hakimiyyəti ağsaqqallar şurası və xalq məclisi ilə məhdudlaşdırılıb. Çox zaman onlar hərbi rəhbərlərin – luqalların tabeliyində olublar.
2. III Ur sülaləsi dövründə (təxminən e.ə. 2100–2000) hökmdar tərəfindən təyin olunan əyalət rəhbəri.
3. E.ə. II minillikdə hökmdar və məbəd təsərrüfatlarında yarıqul vəziyyətində işləyən, istehsal vasitələri üzərində mülkiyyətdən məhrum olan əkinçi-yardar.
Tarix terminləri lüğətiyun. enkyklios – dairəvi
Roma papasının bütün dünya, yaxud ayrıca bir ölkə katoliklərinə ünvanladığı, vacib sosial-siyasi, dini və mənəvi məsələlərə həsr olunmuş müraciətnamə, məktub.
E. katolik kilsəsində apostol konstitusiyasından sonra ikinci ən mühüm sənəd hesab olunur. Adətən, o, latın dilində yazılır və müraciətnamədəki ilk 2–3 sözə uyğun adlandırılır. Katolik kilsəsinin qanunlarına görə, E. müzakirə oluna bilməz və məcburi şəkildə icra edilməlidir.
Tarix terminləri lüğəti