Qədim oğuz tayfalarından biri.
P.-ın Azərbaycana Elxanilər dövründə (XIII əsr) gəldiyi ehtimal olunur. Terminin etimologiyası dəqiq müəyyənləşməsə də, M.Baharlının fərziyyəsinə görə, “padar” sözü Cığatay xanın oğlu Baydarın adından yaranıb. XVI–XVII əsrlərdə ləzgilərin basqınlarının qarşısını almaq məqsədilə P. Azərbaycanın şimal bölgələrinə köçürülüb. XIX əsrdə Cavad qəzasında yaşayan bu tayfa bir neçə tirə və qollara (İlxıçı, Qaraçörünlü və s.) bölünüb. Azərbaycanda Padar (Dəvəçi, Ağsu, Oğuz, Sabirabad, Xaçmaz rayonları), İlxıçı (Ağsu və Xaçmaz rayonları) və İlxıçılar (Ağdam və Tərtər rayonları) kəndlərinin adının P.-la əlaqədar olduğu ehtimal edilir.
Tarix terminləri lüğətipəhləvi. padşah – himayəçi hökmdar < pati – himayəçi, müdafiəçi + şah – hökmdar
Bir sıra Yaxın və Orta Şərq ölkələrində hökmdar titulu.
Sasanilər dövründə İranda işlənən “şahənşah” (fars. – “şahlar şahı”) titulu sünni təriqətindən olan müsəlmanlar üçün qəbuledilməz olub. Onlar hesab ediblər ki, “şahlar şahı” yalnız Allaha deyilə bilər. Bu səbəbdən sünni dövlətlərində “şahənşah”ın analoqu olan P. titulundan istifadə edilib. Osmanlı dövlətinin (XV əsr –1922), Moğollar imperiyasının (1526–1858), Dürranilər imperiyasının (1747–1823) və bir sıra digər dövlətlərin hökmdarları P. adlandırılıb.
Tarix terminləri lüğətiport. pagoda < sanskr. bxaqavat – müqəddəs
Uzaq Şərq ölkələrində buddizmə aid dini tikili.
Dini əşyaları saxlamaq üçün inşa olunan P. memorial xarakterli tikilidir və “müqəddəs yer” sayılır. P. eramızın ilk əsrlərində Çində meydana gəlib, daha sonra isə Vyetnam, Koreya, Yaponiya və s. ölkələrə yayılıb. O, müxtəlif formalarda (çoxyaruslu pavilyon, qüllə və s.) olur, kvadrat və ya 6, 8, 12 bucaqlı planda inşa edilir.
Tarix terminləri lüğətiyun. paleo – qədim + anthropos – insan
250–40 min il əvvəl Avropa, Asiya və Afrikada yaşamış qazıntı insanları.
İnsan təkamülünün ikinci mərhələsi sayılan P. arxantroplardan sonra, neoantroplardan isə əvvəl gəlirlər. P.-ın ilk nümayəndəsi Almaniyada Neandertal vadisində tapıldığından onları neandertal adamı da adlandırırlar. Əsasən, iri heyvanları (mağara ayısı, tüklü kərgədən və s.) ovlamaqla məşğul olan P. ibtidai insan sürüsü şəklində yaşayıblar. P. müasir insanın sələfləri sayılırlar, lakin onların heç də bütün növləri bilavasitə insanın əcdadı olmayıb. Məsələn, Qərbi Avropada aşkarlanmış və Homo sapiens-dən kəskin fərqlənən “klassik neandertallar”ın (yan budaq kimi) nəsilləri kəsilib. Digər neandertal adamları, məsələn, Ön Asiya P.-ı isə təkamül yolu ilə gedərək müasir insanın formalaşması üçün başlanğıc növ rolunu oynayıblar.
Tarix terminləri lüğətiyun. paleo – qədim + anthropos – insan + logos – təlim
Antropologiyanın qazıntı insanlarının təkamülünü və fiziki tipini öyrənən bölməsi.
P. sahəsindəki tədqiqatlar arxantropların, paleoantropların, qədim neoantropların yaşadığı Paleolit, həmçinin müasir insan irqlərinin tam olaraq formalaşdığı Mezolit və Neolit dövrlərini əhatələyir.
Həmçinin bax:
Tarix terminləri lüğətiŞimali və Şimal-Şərqi Sibirin Neolit dövrünə xas arxaik tipli mədəni xüsusiyyətlərə malik bir sıra azsaylı xalqlara aid edilən termin.
Bu termin XIX əsrdə rus alimi L.Şrenk tərəfindən təklif olunub. Həmin xalqların dillərinin Şimali Asiyanın böyük dil ailələrindən heç biri ilə qohumluq əlaqələrini müəyyənləşdirmək mümkün olmadığından onları xüsusi P.X. qrupuna ayırmaq qərara alınıb. Eyni zamanda “qədim Asiya xalqları” adlandırılan bu qrupa çukça, koryak, itelmen, çuvan, yukagir, nivx, ket, eskimos, aleut və aynular daxil edilib. Lakin sonrakı linqvistik, etnoqrafik və arxeoloji tədqiqatlar belə bölgü sisteminin süni və qeyri-elmi xarakter daşıdığını göstərib. Çünki P.X.-nın həqiqətən Şimali Asiyanın aborigenləri olması faktı təsdiqlənsə də, onların mənşə və dil baxımdan bir-birindən xeyli fərqləndiyi müəyyən olunub.
Tarix terminləri lüğətiyun. paleo – qədim + grapho – yazıram
Yazı tarixini və onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarix fənni.
P. həmçinin qədim yazılı abidələrin oxunması, bu abidələrin müəlliflərinin, yaranma dövrünün və yerinin müəyyənləşdirilməsi ilə məşğul olur.
Tarix terminləri lüğətiyun. paleo – qədim + lithos – daş
Qədim Daş dövrü, Daş dövrünün ilk mərhələsi.
P. qazıntı adamının yaşadığı dövr sayılır. Bu mərhələ təqribən 2 milyon il bundan əvvəl başlayıb və təqribən 12–10 min il əvvəl bitib. P.-də insanlar yalnız cilalanmamış daş alətlərdən istifadə ediblər, ovçuluq və yığıcılıqla məşğul olublar. Balıqçılıq yenicə yaranmağa başlasa da, hələ əkinçilik və maldarlığa keçid baş verməyib. P. üç mərhələyə bölünür: Alt P.; Orta P. və ya Müstye dövrü; Üst və ya Son P. Alt P. öz növbəsində – Olduvay, Qədim Aşel, Orta Aşel və Son Aşel dövrlərinə ayrılır. O, Yer kürəsində ilk meymunabənzər insanların – Homo habilis-in yaranması ilə başlayıb, daha sonra isə pitekantrop, sinantrop və s. arxantroplar meydana gəlib. Orta P. (Müstye dövrü) neandertalların (paleoantropların) yaranması ilə səciyyələnir. Üst P. isə Orinyak, Solütre və Madlen dövrlərindən ibarətdir. Üst P.-ə keçid mərhələsində, təxminən 40 min il əvvəl müasir insan (neoantrop) – Homo sapiens formalaşıb.
Tarix terminləri lüğətiyun. paleo – qədim + ontos – varlıq + logos – təlim
Keçmiş geoloji dövrlərin orqanizmlərini, onların həyat fəaliyyətinin izlərini, eləcə də daşlaşmış qalıqlarını öyrənən elm.
P. qazıntı qalıqları əsasında nəsli kəsilmiş heyvan və bitkilərin xarici görünüşünü, bioloji xüsusiyyətlərini, qidalanma və çoxalma üsullarını bərpa etməyə, habelə bioloji təkamül prosesinin gedişini müəyyənləşdirməyə çalışır. Bu elm iki hissəyə – paleozoologiyaya (qazıntı heyvanlarını öyrənən) və paleobotanikaya (qazıntı bitkilərini öyrənən) ayrılır.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. palaistra < palaio – güləşirəm, vuruşuram
Qədim Yunanıstanda 12-16 yaşlı oğlan uşaqlarının məşğul olduqları gimnastika məktəbi.
P.-nın tədris proqramına qaçış, güləş, uzununa tullanma, nizə və disk atma, gimnastika hərəkətləri, üzgüçülük daxil olub. Belə məktəblər açıq meydançalarla, zallarla, qaçış zolaqları və üzgüçülük ilə təchiz edilib. Bəzən P.-lar gimnasilərin nəzdində fəaliyyət göstərib.
Tarix terminləri lüğətiFransa diplomatiyası tərəfindən 1929–1931-ci illərdə irəli sürülmüş siyasi-iqtisadi layihə.
Bu layihə Fransanın rəhbərliyi altında “Avropa xalqları federasiyası”nın (“Avropa xalqları birliyi”nin) yaranmasını nəzərdə tutub. O, Fransanın Avropada hegemonluğunu təmin etmək və SSRİ-dən gələn təhlükələri neytrallaşdırmaq məqsədi daşıyıb. P. layihəsi Fransa xarici işlər naziri A.Brian tərəfindən irəli sürüldüyü üçün bəzən “Brian planı” da adlanır. Lakin həmin layihəni həyata keçirmək mümkün olmayıb.
Tarix terminləri lüğətiİlkin məqsədi irqi ayrı-seçkilik və əsarətə qarşı mübarizədə dünyanın bütün zənci-afrikalılarını birləşdirmək olan ideya-siyasi hərəkat.
P. tədricən Afrika xalqlarının siyasi müstəqilliyi, iqtisadi azadlığı və birliyi uğrunda çarpışan Afrika millətçilərinin hərəkatına çevrilib. P. XIX–XX əsrlərin qovuşuğunda irqi ayrı-seçkiliyə son qoyulmasını, qaradərili insanlara vətəndaşlıq, habelə siyasi hüquqlar verilməsini tələb edən ABŞ və Vest-Hind ziyalı zəncilərinin təşəbbüsü ilə formalaşmağa başlayıb. Müasir P.-in əsası isə V Panafrika konqresində (Mançester, 1945) qoyulub. Mançester konqresi Afrikanın siyasi azadlığına nail olmaq üçün əməli proqram hazırlayıb. Həmin proqram XX əsrin 50–60-cı illərində Afrika xalqlarının müstəmləkəçilik buxovlarından azad edilməsində mühüm rol oynayıb.
Tarix terminləri lüğəti