Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ümumi yerşünaslıq

Coğrafi təbəqənin quruluşunun, tərkibinin, dinamikasının, inkişafının, onda baş verən təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlarını, həmçinin bu qanunauyğunluqlar arasında daxili və xarici əlaqələri öyrənən elm sahəsi.

Fiziki coğrafiyanın əsasını təşkil edən Ü.Y. coğrafi təbəqəni vahid təbii sistem kimi nəzərdən keçirir.

Coğrafiya terminləri lüğəti

üzvi çökmə süxurlar

Yer planetinin uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanmasından yaranan süxurlar; məs.: neft, qaz, torf, kömür, əhəngdaşı, təbaşir və s.

Coğrafiya terminləri lüğəti

üzvi maddə

Biokütləni təşkil edən canlı maddələrin, habelə ölü orqanizmlərin parçalanma və çürümə məhsullarının (protein, karbohidratlar, yağlar, üzvi turşular və s.) cəmi.

Coğrafiya terminləri lüğəti

üzümçülük

Üzümün becərilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi, aqrar-sənaye kompleksinin tərkib hissəsi.

Ü. əhalini üzüm məhsulları ilə, şərabçılıq və konserv sənayesini xammalla təmin edir.

Coğrafiya terminləri lüğəti