yun. geo – Yer + yun. eidos – görünüş
Yer səthinin real fiziki forması.
G.-in kontur xətti Dünya okeanının sakit və tarazlıq vəziyyətində su səthindən keçir, materiklərin altında davam edir və qütbləri dolanaraq qapanır. Bu forma nəzəri cəhətdən düzgün həndəsi formadan fərqlənir, ellips şəklindədir, ekvatorda qabarıq, qütblərdə batıqdır. Yerə G. adını 1873-cü ildə alman alimi İohann Listinq verib.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + ər. – kimya
Yerin kimyəvi tərkibini, Yer qabığında və onun daxilində kimyəvi elementlərin yayılması və miqrasiyası proseslərini öyrənən elm.
G. bir sıra bölmələrə ayrılır: fiziki G. (geokimyəvi proseslərin termodinamikası, nəzəri və eksperimental modelləşdirilməsi), litosferin G.-sı, hidrosferin G.-sı, regional G. (kimyəvi elementlərin ayrı-ayrı ərazilərin geoloji quruluşundan asılı olaraq yayılması, miqrasiyası), landşaft G.-sı (kimyəvi elementlərin landşaftdan, landşaft əmələgətirən faktorlardan asılı olaraq yayılması, miqrasiyası) və s. Bu termini elmə 1838-ci ildə alman kimyaçısı Kristian Şönbeyn daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiTorpağın, qruntun, yerüstü və yeraltı hövzələrdəki suyun kimyəvi tərkibinin orqanizm və biosenozların həyatına, ətraf mühitə təsir göstərən xüsusiyyətləri.
Bir sıra kimyəvi elementlərin mühitdə mövcudluğu orada həyatın olması üçün zəruri şərtdir. G.A. təbiətdə gedən bəzi proseslərə həlledici təsir göstərir. Məsələn, neft-qaz yataqlarının axtarışı məhz G.A.-in belə yataqların formalaşmasına əlverişli şərait yaratdığı sahələrdə aparılır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. kryos – soyuq, şaxta + yun. logos – elm, təlim
Mövsümi və daimi (çoxillik) donuşluq sahələrinin quruluşunu, süxurlarını, onların yayılması qanunauyğunluqlarını, burada gedən fiziki-kimyəvi prosesləri öyrənən elm.
G. həm də mövsümi və daimi donuşluq sahələrindən səmərəli istifadə üçün yollar axtarır.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. logos – elm, təlim
Yerin yaranması və inkişafı, tərkibi, quruluşu haqqında elmlər kompleksi.
G.-ya mineralogiya, petroqrafiya, geokimya, geofizika, tektonika, geomorfologiya və bu kimi bir çox elmi sahələr daxildir. XVIII əsrin sonlarında ayrıca təlim kimi formalaşana qədər G. özü coğrafiyanın, mineralogiyanın tərkib hissəsi hesab olunub. Bu elmin mənşəyi və terminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. G.-nın tarixi Qədim Yunanıstana və Romaya gedib çıxır. Antik müəlliflər öz əsərlərində bir çox mineralları və metalları ətraflı təsvir ediblər. İnsanların bu sahəyə marağı, ilk növbədə, minerallara və faydalı qazıntılara olan ehtiyacdan yaranıb. Müasir G.-nın əsasının nə vaxt qoyulduğu isə daha mübahisəlidir. Bir sıra Avropa, Amerika, Orta Asiya alimləri bunun X-XI əsrlərdə islam dünyasında baş verdiyini (əl-Biruni, İbn Sina) təsdiqləyirlər. Digərləri müasir G.-nın tarixini XVII-XVIII əsrlərdə Avropadan (Nikolas Steno, Jan Deluk, Ceyms Hatton) başlayırlar. G. termininin özünü ilk dəfə elmə Norveç alimi Mikkel Eşolt (“Norveçin geologiyası”, 1657) daxil edib. Amma bəzi elmi mənbələrdə onun müəllifinin italyan alimi Ulisse Aldrovandi olduğu (1603) göstərilir.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. morphe – forma + yun. logos – elm
Yer səthinin relyefi haqqında elm.
Qurunun, okean və dəniz dibinin relyefini, xarici görünüşünü, mənşəyini, inkişaf tarixini və müasir dinamikasını öyrənir. G. relyef əmələ gətirən prosesləri (ekzogen və endogen) də tədqiq edir, ümumi, regional və tətbiqi G.-ya ayrılır.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. politike – dövlət əhəmiyyətli işlər
Beynəlxalq münasibətlərin və ölkələrin xarici siyasətinin formalaşmasına coğrafi faktorların həlledici təsir göstərdiyini bəyan edən konsepsiya.
G. həm də siyasət elminin coğrafiya ilə həmsərhəd xüsusi sahəsidir. G. konsepsiyasına görə, müəyyən strateji əhəmiyyətə, mühüm təbii resurslara malik coğrafi ərazidə yerləşən dövlətlər üzərində nəzarət bütün dünyada hökmran mövqe qazanmağın ilkin şərtlərindəndir. Termini elmə 1899-cu ildə alman coğrafiyaşünası Fridrix Ratzelin “Siyasi coğrafiya” əsərindən bəhrələnmiş İsveç politoloqu Rudolf Çellen daxil edib. Onlarla yanaşı, britaniyalı coğrafiyaşünas Halford Makkinder, amerikalı alimlər Alfred Mahan və Nikolas Spikman, alman tədqiqatçısı Karl Haushofer də G. elminin yaradıcıları hesab olunurlar. Fövqəldövlət, soyuq müharibə, hərbi-strateji paritet, regional qüvvə, qloballaşma, çoxqütblü dünya kimi siyasi anlayışlar və hadisələr məhz XX əsrin ikinci yarısından etibarən dünyada gedən geopolitik proseslərlə bağlıdır.
Coğrafiya terminləri lüğəti