yun. megalu < megas – böyük + yun. polis – şəhər
Şəhər aqlomerasiyalarının birləşməsindən yaranmış ən böyük və mürəkkəb yaşayış məntəqəsi.
Qədim Yunanıstanda 35-dən çox yaşayış məntəqəsini birləşdirən Meqalopol şəhəri olub. Müasir anlamda bu termin ilk dəfə 1950-ci illərdə fransız coğrafiyaşünası Jan Qottman tərəfindən işlədilib və Bostondan Vaşinqtona qədər uzanan şəhərlər, şəhər aqlomerasiyaları zəncirinə aid edilib (Bosvaş M.-i). M. başdan-ayağa bərabər məskunlaşmış böyük sahədən deyil, magistral xətti boyunca düzülmüş şəhərlərin yaratdığı zolaqdan ibarət olur. Ən böyük M.-lər ABŞ-da (Çikaqodan Pittsburqa qədər Çipits M.-i, San-Diyeqodan San-Fransiskoya qədər San-San M.-i və s.), Avropada (Reynboyu M.-i, London-Liverpul M.-i), Yaponiyada (Honsü adasının cənub-şərqində Tokaydo M.-i) formalaşıb, onların uzunluğu 500-900 km təşkil edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. megas – böyük + yun. anti – əks + yun. klino – əyirəm + yun. oros – dağ
Antiklinorium və sinklinoriumlardan ibarət mürəkkəb struktura, ümumilikdə qabarıq formaya malik böyük qırışıqlıq, dağ sistemi.
M. geosinklinal sistemlərin inkişafının son mərhələsində əmələ gəlir; böyük sahələr tutaraq yüz kilometrlərlə uzanır. Böyük Qafqaz, Kopetdağ, Alp dağları və s. M.-lara misal ola bilər.
Coğrafiya terminləri lüğətilat. melioratio – yaxşılaşdırma
1. Kənd təsərrüfatı üçün əlverişli şərait yaratmaq məqsədilə ərazinin su rejimini yaxşılaşdırmağa, torpaqların münbitliyini artırmağa xidmət edən tədbirlər kompleksi.
Bu kompleksə suvarma, drenaj, qurutma, torpaqları yuma, kimyəvi təmizləmə və bu kimi tədbirlər daxildir.
2. Geologiyanın dağ süxurlarının xassələrini məqsədyönlü şəkildə dəyişmək üsullarını öyrənən, habelə bu üsulları həyata keçirən sahəsi.
Coğrafiya terminləri lüğətilat. meridianus – günorta xətti
Yer kürəsinin coğrafi ekvatorunu 90°-lik bucaq altında kəsərək hər iki coğrafi qütbdən keçən xəyali çevrə.
M.-ın uzunluğu təqribən 40.009 km-dir, 1°-lik M. qövsünün uzunluğu isə 111,1 km-ə bərabər olub sabit qalır. London şəhəri yaxınlığındakı Qrinviç rəsədxanasından keçən M. başlanğıc və ya sıfır M.-ı qəbul edilib. 180°-lik M. isə tarix dəyişmə M.-dır. M.-lar paralellərlə birlikdə coğrafiya xəritələrində və qlobusda dərəcə torunu əmələ gətirir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiBir-birinə yaxın bitən ağacların üstünlük təşkil etdiyi böyük ərazi, təbii kompleks.
M. çox zaman elementar relyef forması yaradır, bitdiyi ərazidə süxurlara, iqlimə, hidroloji rejimə əhəmiyyətli təsir göstərir. Antarktida istisna olmaqla bütün qitələrdə M.-liklər var. Planetdə M.-lər Yer örtüyünün təxminən 30%-ni təşkil edir, müxtəlif xüsusiyyətlərinə görə (yarpaqlarına, sıxlığına, ağac növlərinə və s.) tiplərə bölünür. Ən böyük təsnifat təbii zonalar və iqlim qurşaqları üzrə aparılır. İqlim qurşaqlarına görə ekvatorial (subekvatorial) M.-lər, tropik (subtropik) M.-lər, mülayim qurşaq M.-ləri fərqləndirilir. M.-lər öz təbii zonalarından kənarda, yaxud keçid zonalarda (meşə-çöl, meşə-tundra) da bitir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətifr. cadastral < yun. katastikhos – qeydiyyat
Hər hansı ölkənin, ərazi vahidinin meşələrinin təbii, hüquqi vəziyyəti və digər xüsusiyyətləri haqqında sistemləşdirilmiş məlumatlar toplusu.
M.K. yalnız elmi əhəmiyyət kəsb etmir, həm də dövlət orqanlarının müəyyən ərazidə idarəçilik funksiyalarını, o cümlədən təbiəti mühafizə sahəsində vəzifələrini yerinə yetirməsi üçün də zəruridir.
Coğrafiya terminləri lüğəti