Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

metis

fr. metis < lat. misceo – qarışıq

İrqlərarası nikahdan törəyən nəsil.

Amerikada hindularla avropoidlərin, Orta Asiyada monqoloidlərlə avropoidlərin övladlarına M. deyirlər. M.-lər Mərkəzi Amerika və Vest-Hind regionlarında yaşayan əhalinin böyük hissəsini təşkil edirlər.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

meyillilik

Üfüqi istiqamətdə tədricən aşağı düşmə, yaxud yuxarı qalxma, habelə şaquli istiqamətdə üfüqi müstəvi ilə 90°-lik bucaqdan yana əyilmə.

M. dərəcəsi faiz, yaxud promillə ifadə olunur. Yamacın M.-i onun iki nöqtəsi arasında hündürlük fərqinin bu nöqtələri ayıran məsafəyə (uzunluğa) olan nisbəti ilə ölçülür; məsələn, əgər dağın iki nöqtəsi arasında 100 metr məsafədə hündürlük fərqi 14 metrdirsə, onun yamacının M.-i 14%-ə, yaxud 0,12‰-ə bərabərdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Mezolit

yun. mesos – orta + yun. lithos – daş

Paleolit və Neolit dövrləri arasında orta Daş əsri.

M. dövrü üçün kiçik daş alətlər, ox-yay kimi silahlar, qədim insanların ən bəsit formada əkinçiliyə və maldarlığa keçid cəhdləri xarakterikdir. M.-in yaşı müxtəlif ərazilərdə fərqlidir. Yaxın Şərqdə o, XII-IX minillikləri əhatə edir, Avropada isə 10 min il əvvəl başlanıb, 7-5 min il əvvəl bitib. Yerin geoloji tarixində isə M. Kaynozoy erasının Dördüncü dövrünün Holosen epoxasına təsadüf edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mezorelyef

yun. mesos – orta + lat. relevo – qaldırıram

Yerin ekzogen qüvvələrinin təsiri altında formalaşmış orta ölçülü relyef forması.

M. formalarına çay dərələri, yarğanlar, qobular və s. aiddir.

Coğrafiya terminləri lüğəti

mezosfer

yun. mesos – orta + yun. sphaira – təbəqə

Atmosferin stratosfer termosfer arasında yerləşən təbəqəsi.

Təqribən 50 km-dən 80-85 km-dək yüksəklikdə yerləşir. M. havanın temperaturunun yüksəklikdən asılı olaraq təxminən 0°C-dən -90°C-dək azalması ilə səciyyələnir. Burada yuxarı qalxdıqca stratosfer və termosferdən fərqli olaraq temperatur aşağı düşür.

Coğrafiya terminləri lüğəti

Mezozoy

yun. mesos – orta + yun. zoo – həyat

Yerin geoloji inkişaf tarixində Fanerozoy eonunun ikinci erası, orta mərhələsi.

M. başlanğıc dövrü haqqında müxtəlif fərziyyələr mövcuddur. O, maksimum 252 mln. il əvvəl başlanıb, 67-65 mln. il əvvələ qədər davam edib. Bu era üç dövrə: TriasYura Təbaşirə bölünür. M. erasının çöküntüləri bütün qitələrdə yayılıb. Azərbaycan ərazisində Kiçik və Böyük Qafqaz ərazisində Yura və Təbaşir yaşlı süxurlar Yer səthinə çıxır. M. erasını ilk dəfə 1841-ci ildə ingilis geoloqu Ceyms Fillips ayırıb.

Coğrafiya terminləri lüğəti

mezozoy qrupu

Yer qabığının Mezozoy erasında formalaşmış süxurları.

Bu eranın əsas tektonik hadisəsi Pangeya supermaterikinin şimal və cənub hissələrinə (LavrasiyaHondvana) parçalanması olub, eranın sonunda isə qitələr, demək olar, müasir görünüşünü alıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mədən

Yerin altından filizlər, minerallar, tikinti materialları, digər faydalı qazıntılarxammal çıxaran sənaye müəssisəsi.

Bir sıra hallarda faydalı qazıntıları açıq üsulla hasil edən müəssisələr də M. adlanır.

Coğrafiya terminləri lüğəti

mədəni landşaft

alm. landschaft – ölkə, mahal

Müəyyən ehtiyacı ödəmək üçün insanlar tərəfindən məqsədyönlü şəkildə dəyişdirilmiş, yaxud yaradılmış coğrafi landşaft.

Səhraların suvarılan torpaqlarındakı vahələr, çöl zonasında zəmilər, tropik enliklərdə banan plantasiyaları, qırılmış meşənin yerində tarlalar, quraqlıq ərazilərdə salınmış meşələr və s. M.L.-lara misaldır.

Coğrafiya terminləri lüğəti