yun. para – yanında + yun. bios – həyat + yun. sphaira – kürə
Canlı orqanizmlərin yalnız müvəqqəti yaşaya bildiyi, onların normal həyat sürməsi və çoxalmasının mümkün olmadığı atmosfer qatları.
Bu qatlar Yer səthindən 6-7 km-dən 60-80 km-dək yüksəklikdə yerləşir. Yerin bir çox süni peykləri məhz P.-də hərəkət edir.
Coğrafiya terminləri lüğətiYer səthini ekvatora paralel olaraq kəsən xəyali xətt.
Bu xətlər qlobusda bütün nöqtələri ekvatordan eyni məsafədə olan və qütblərə doğru getdikcə radiusu kiçilən çevrələr şəklində əks etdirilir. P. əsasında məntəqənin coğrafi enliyi təyin olunur. Ən uzun çevrə – sıfırıncı (0°) P. kimi qəbul olunmuş ekvatordur – 40.076 km. Qütblərdə (90°) bu göstərici 0 km-ə bərabərdir. Bakı şəhərinin yerləşdiyi 40°-lik P. çevrəsinin uzunluğu təqribən 30.074 km təşkil edir. İstənilən iki yanaşı P. arasındakı məsafə isə (1° fərqlə) 111,11 km-ə bərabərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiisp. paramo – əhalisiz yer, çöl
Ekvador və Kolumbiya ərazisində, And dağlarında (Cənubi Amerika), habelə Kilimancaro dağında (Şərqi Afrika) 3500 m-dən 4500 m-dək hündürlükdə yerləşən yüksək dağ çəmənlikləri.
P. üçün çəmənlik ot bitkiləri ilə yanaşı, seyrək halda rast gəlinən alçaqboylu ağacların olması da xarakterikdir. P.-da bütün aylarda orta temperatur müsbət 4-8°C arasında dəyişir. Günortadan sonra yağışların yağması və güclü küləklərin əsməsi bu çəmənliklər üçün səciyyəvidir. P.-dan otlaq kimi istifadə edilir. İspaniyada yüksək quraq yaylalara da P. deyilir.
Coğrafiya terminləri lüğətirus. parnik – istixana + lat. effectus – hərəkət
Atmosferin Günəşdən gələn qısadalğalı şüaları (radiasiyanı) Yer səthinə buraxıb Yer səthindən əks olunan uzundalğalı istilik şüalarını udma qabiliyyəti.
P.E.-ni yaradan atmosferdəki su buxarı, karbon qazı və ozondur. Atmosferdə karbon qazının getdikcə artması P.E.-nin güclənməsinə səbəb olur. Nəticədə planetin orta temperaturu artır, gündüz və gecə arasında temperatur fərqi azalır, qlobal istiləşmə təhlükəsi yaranır. Bu prosesi təsəvvür etmək üçün günəş şüalarının şüşələri bağlı istixananı, yaxud maşının içərisini necə qızdırdığını xatırlamaq kifayətdir.
Coğrafiya terminləri lüğətiisp. viento de pasada – keçidə rahatlıq yaradan külək
Tropik yüksək təzyiq qurşaqlarından ekvatorial alçaq təzyiq qurşaqlarına doğru əsən daimi külək.
Şimal yarımkürəsində şimal-şərqdən, Cənub yarımkürəsində cənub-şərq-dən əsir, qərbə tərəf meyillənir. Ekvatorda atmosferin alt qatında hava kütlələri qızır, yuxarı qalxaraq qütblərə doğru hərəkət edir. Alt təbəqədə onların yerini şimal və cənubdan gələn yeni hava kütlələri tutur. Beləliklə, saniyədə 5-6 metr, nadir hallarda 15 metr sürətlə əsən P. yaranır. Böyük Coğrafi kəşflər dövründə bu külək gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında mühüm rol oynamışdı.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiDaim əsən passat küləklərinin təsiri altında Dünya okeanında yaranan səth cərəyanları.
Şimal və Cənub yarımkürələrinin tropik enliklərində müşahidə olunur. P.C. onları yaradan passat küləklərindən Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyillənir və ekvatora paralel – şərqdən qərbə doğru hərəkət edir. P.C.-nın sürəti 15-50 sm/saniyə olub ekvatora yaxınlaşdıqca artır, 100-150 sm/saniyəyə çatır. Onların hərəkətə gətirdiyi su kütləsinin qalınlığı 150-300 m-dir. P.C. okeanların şərqində nisbətən soyuqdur (18-20°C), qərbə getdikcə temperaturu artır (25-28°C).
Coğrafiya terminləri lüğətilat. pastoralis – çoban + lat. digressio – geriləmə
Hədsiz otarılma, intensiv tapdanma nəticəsində otlağın vəziyyətinin pisləşməsi.
P.D. zamanı torpaq quru olur, onun tərkibində üzvi maddələrin miqdarı azalır, otlağın bitki örtüyü kasadlaşır, kserofil xarakter alır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYayla qış arasında qalan fəsil, ilin dörd fəslindən biri.
P.-da günlər getdikcə qısalır, temperatur aşağı düşür. Təqvim P.-ı Şimal yarımkürəsində sentyabr, oktyabr, noyabr, Cənub yarımkürəsində mart, aprel, may aylarını əhatə edir. Astronomik P. isə təqvim P.-ından sonra başlayır: o, gecə-gündüz bərabərliyi tarixindən gündönümü tarixinə qədər davam edir (Şimal yarımkürəsində 23 sentyabr – 22 dekabr, Cənub yarımkürəsində 21 mart – 22 iyun).
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. pechstein – qatran daşı
Tərkibində 4-6%-dən çox su olan, xarakterik qatran parıltısına malik vulkan şüşəsi.
Qara, tünd-yaşıl, qırmızı-qonur rəngdə olur. 1100-1150°C-dək sürətlə qızdırıldıqda şişir və perlit kimi qabarıq şüşə forması alır. P-dən sement istehsalında istifadə edilir.
Coğrafiya terminləri lüğətiyun. pelagos – dəniz
Plankton, nekton, pleyston kimi passiv üzən, yaxud sudan asılı vəziyyətdə yaşayan bitkilərin Dünya okeanında məskunlaşdıqları sahə.
Bu sahə bir çox hallarda su hövzəsinin dibinə qədər davam edir. P. dərinlikdən asılı olaraq zonalara bölünür: epipelagial (200 m-dək), mezopelagial (200-1000 m), batipelagial (1000-3000 m), abissopelagial (3000-6000 m) və ultraabissopelagial (6000 m-dən yuxarı). Hər zonada yaşayan canlılar onun adını daşıyır (məs.: epipelagial bitkilər), lakin interzonal növlər də var.
Coğrafiya terminləri lüğəti