Vulkan püskürməsi zamanı üzə çıxan yüksək temperaturlu vulkanik qaz, kül, daşların qatışığı.
P.A.-ın sürəti saatda 700 km-ə, onun tərkibindəki qazların temperaturu 100-800°C-yə çata bilər. Bu axın böyük dağıntılara, tələfatlara səbəb olur. P.A. su maneələrini də aşmağa qadirdir: ağır kütlə suyun altına gedir, yüngül kül və qaz isə onun səthi ilə hərəkətini davam etdirir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. planetos – gəzən ulduz
Ulduz ətrafında dövr edən, yaxınlığında digər planetlərdən azad fəza olan kürəşəkilli səma cismi.
P.-lər ətrafına fırlandıqları ulduzdan gələn elektromaqnit şüalarının əks olunması hesabına işıqlanır. Günəş sistemində 8 böyük, dəqiq müəyyən edilməmiş sayda cırtdan (kiçik) P. var. Böyük P.-lər öz xüsusiyyətlərinə görə 2 qrupa bölünür: bərk örtüyə malik Yer qrupu P.-ləri – Merkuri, Venera, Yer, Mars və “qaz nəhəngləri” adlandırılan xarici P.-lər qrupu – Yupiter, Saturn, Uran, Neptun. 2006-cı ilə qədər Pluton da böyük P.-lərə aid edilirdi. Lakin həmin il Beynəlxalq Astronomiya İttifaqı “planet” və “cırtdan planet” (kiçik P.) terminlərinin yeni tərifini verdi. Bu tərifə görə, əgər göy cismi ulduz ətrafında fırlanır və təxmini də olsa sferik formaya malikdirsə, başqa P.-in peyki deyilsə, orbitini ondan asılı olmayaraq sərbəst hərəkət edən digər obyektlərdən azad edə bilirsə, “planet”, azad edə bilmirsə, “cırtdan planet” sayılır. Beləliklə, sonuncu meyara cavab verməyən Pluton da Erida, Serera, Makemake, Haumea kimi cırtdan P.-lər kateqoriyasına aid edildi. P. termininə verilən yeni tərif bəzi coğrafiyaşünaslar və astronomiya üzrə mütəxəssislər tərəfindən tənqid olunur, eyni zamanda “cırtdan planetlər”in sayı barədə də müxtəlif fərziyyələr mövcuddur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. plankton – gəzəyən
Suda yaşayan və su axınına müqavimət göstərə bilməyən kiçik orqanizmlər.
P.-lara bakteriyalar, bəzi yosunlar (fitoplanktonlar), molyusklar, balıqların və bəzi onurğasız heyvanların süfrələri (zooplanktonlar) aiddir. P.-ları iki qismə bölmək olar: bütün həyat dövrünü P. şəklində yaşayanlar (qoloplankton), həyatının bir hissəsini P. kimi yaşayanlar (meroplankton).
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. plantatio – bitki əkilməsi
İri əkinçilik təsərrüfatı.
P.-lar Asiya, Afrika və Latın Amerikası ölkələrində müstəmləkəçilik dövründə yaranmış, uzun müddət orada qul əməyindən istifadə edilmiş, lakin terminin dəqiq izahı olmamışdır. 1958-ci ildə Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi 110 saylı konvensiyaya görə: “P. muzdlu əməkdən istifadə edən, tropik və subtropik rayonlarda yerləşən, kommersiya məqsədilə qəhvə, çay, şəkər qamışı, kauçuk, banan, kakao, kokos qozu, pambıq, tütün, lif, sitrus bitkiləri, palma yağı, ananas, xinin qabığı becərən, yaxud istehsal edən istənilən kənd təsərrüfatı müəssisəsidir. Muzdlu əməkdən istifadə etməyən ailə təsərrüfatı və yerli istehlak üçün məhsul hazırlayan xırda təsərrüfat P. hesab olunmur”.
Coğrafiya terminləri lüğətifr. plat – hamar + lat. forma – görünüş
Yer qabığını təşkil edən və zəif tektonik hərəkətə, böyük sahədə nisbətən yastı relyefə malik əsas dərinlik strukturlarından biri.
P.-lar geosinklinallardan fərqli olaraq sabit sahələrdir. Onlar iki qatdan ibarət olur. Yuxarı qatda qalın laylar formasında dəniz, yaxud materik mənşəli çöküntü süxurları yerləşir. Bu sahələrə P. tavaları deyilir. Alt qat isə bünövrə (fundament) adlanır. Bünövrə geoloji dövrlər ərzində güclü qırışıqlığa məruz qalmış qranit və metamorfozaya uğramış kristallik süxurlardan təşkil olunur. P. fundamentinin səthə qalxmış hissəsinə isə qalxanlar deyilir. Qalxanlar da bünövrələr kimi kristallik süxurlardan ibarətdir. Bu relyef formalarının yaranmasına səbəb tektonik hərəkətlər nəticəsində ərazinin qalxması, çöküntü süxurlarının yuyulmasıdır. Yarandığı vaxtdan asılı olaraq qədim və cavan P. fərqləndirilir. Qədim P.-ların bünövrələri Kembriyəqədərki geoloji dövrdə (Arxey və Proterozoy) əmələ gəlib. Onlar materiklərin bünövrəsini təşkil edir. Cavan P.-larda isə Kembriyəqədərki qırışıqlıq sahələri ilə yanaşı, Paleozoy və Mezozoy yaşlı süxurlar da var. Relyefin bu struktur elementləri ya qədim P.-ların kənarlarında, ya da onların arasında yerləşir.
Coğrafiya terminləri lüğətifr. plat – hamar
Ətraf ərazilərə nisbətən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, düzənliklərdən dik yamaclarla ayrılmış sahə, relyef forması.
P.-lar strukturuna və mənşəyinə görə müxtəlif olur: vulkanik plato, denudasiya platosu, dağ platosu, sualtı plato və s. Planetin ən böyük P.-larına sahəsi yüz minlərlə km² olan Bakli (Avstraliya), Meseta (İspaniya), Üst-Yurd (Mərkəzi Asiya) P.-ları misal ola bilər.
Coğrafiya terminləri lüğəti