Məhsuldar qüvvələrin ərazidə səmərəli yerləşdirilməsi və müxtəlif bölgələrdə yaşayan əhalinin həyat səviyyəsinin eyni dərəcədə yüksəldilməsi üçün nəzərdə tutulmuş siyasi, iqtisadi, inzibati tədbirlər kompleksi.
R.S. dövlət idarəçiliyinin və tənzimlənməsinin bir vasitəsidir. Düzgün R.S. yürütməklə bölgələrdə iqtisadi inkişafı sürətləndirmək, əhalinin şəhərlərə axınının qarşısını almaq mümkündür.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiİqtisadi-statistik məlumatların ərazi əlamətləri üzrə qurulmuş obyektiv sistemi.
R.S. bu və ya digər regionun xüsusiyyətlərini nəzərə alır və təşkil olunan əlavə statistik müşahidələr, araşdırmalar nəticəsində göstəricilər sistemini həmin ərazi üçün konkretləşdirir.
Coğrafiya terminləri lüğətilat. registrum – siyahı, sadalama + yun. tonos – qaldırma
Dəniz gəmilərinin yük tutumunun şərti ölçü vahidi.
1 R.T. 2,83 m3-ə bərabərdir. Brutto R.T. – gəminin bütün həcminin, netto R.T. isə yaşayış, məişət və gəmi maşınlarının tutduğu sahəni çıxmaq şərti ilə gəminin həcminin göstəricisidir. Gəminin daxilindəki həcmlərin tonlarla hesablanmış ümumi tutumuna tonnaj deyilir.
Coğrafiya terminləri lüğətilat. recreatio – bərpa
Təbiət qoynunda dincəlməklə, yaxud maraqlı yerlərə turist səfərləri təşkil etməklə sağlamlığın, iş qabiliyyətinin bərpası forması, istirahət üsulu.
Rekreativ müalicə, yaxud istirahət üçün yararlı təbii ərazilərə dəniz sahilləri və dağlar, antropogen mənşəli yerlərə isə Misir piramidaları, Çin səddi və s. misal ola bilər.
Coğrafiya terminləri lüğətilat. recreatio – bərpa + yun. zone – qurşaq
Təbiət qoynunda dincəlmək, yaxud turist səfərləri təşkil etməklə sağlamlığın, iş qabiliyyətinin bərpası üçün xüsusi ayrılmış yer.
R.Z.-larına parklar, bağlar, çimərliklər və s. ilə yanaşı, qoruqlar, mühafizə olunan digər təbiət obyektləri də daxil edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. recultivo – bərpa etmək
Texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi.
R. torpaq meliorasiyasının xüsusi növüdür. O, əsasən, əkinçiliklə və dağ-mədən sənayesinin inkişafı ilə bağlıdır, yataqların istismarı zamanı zərər dəymiş sahələrin bərpasını da nəzərdə tutur. Landşaftın R.-sı bütövlükdə landşaftın və ya onun komponentlərinin insana faydalı istiqamətdə bərpa edilməsinə yönəldilmiş tədbirlər kompleksidir. Buraya yeni tip mədəni landşaftın yaradılması tədbirləri də daxildir.
Coğrafiya terminləri lüğətiTorpaqların rekultivasiyası, dağılmış relyefin və təbiətin bərpası məqsədilə həyata keçirilən fəaliyyət formaları və tədbirlər sistemi.
Bura yamacların bərkidilməsi, neftə bulaşmış torpaqların yuyulması və təmizləməsi, münbit torpaq qatının daşınması, karxanaların doldurulması və bu kimi işlər daxildir.
Coğrafiya terminləri lüğəti