Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torit

Tetraqonal sinqoniyada kristallaşaraq prizmatik kristallar, dənəli aqreqatlar əmələ gətirən mineral.

Rəngi qara, qırmızımtıl qonur və s. olur. Aksessor mineral kimi rast gəlir. İri yığıntılar əmələ gətirmir.

Coğrafiya terminləri lüğəti

trass

alm. trass

Vulkan tufları qrupundan açıq rəngli sıx süxur.

Amorf silisium turşusu ilə zəngin olur. Narın üyüdülmüş T. sement sənayesində portland-sementdə aktiv əlavə kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

travertin

Məsaməli yüngül süxur.

Karbon qazlı isti və ya soyuq bulaqlardan kalsium-karbonatın çökməsi nəticəsində əmələ gəlir. İçərisində bitki və müxtəlif orqanizm qalıqlarının izləri olur. Dekorativ və tikinti daşıdır.

Coğrafiya terminləri lüğəti

tremolit

Alp dağlarında dərə adından

Amfibollar qrupuna aid monoklinik sinqoniyamineral.

Boz, sarımtıl, yaşılımtıl kristallar, lifli aqreqatlar, sıx gizli kristallik kütlələr əmələ gətirir. Metamorfik mənşəlidir.

Coğrafiya terminləri lüğəti

trepel

Şimali Afrikada Tripoli şəhərinin adından

Kövrək, yaxud zəif sementləşmiş, çox yüngül, narın məsaməli çökmə süxur.

Tərkibi, əsasən, xırda (0,01-0,02 mm) opal, bəzən xalsedon qırıntılarından, qlaukonit, kvars və s. qatışıqlardan ibarət olur. Xassələrinə görə diatomitin analoqudur. Rəngi ağdan və bozdan qonuradək dəyişir. İzoləedici, süzgəc, abraziv, tikinti materialı, katalizator, adsorbent və s. kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

tridimit

yun. tridymos – üçqat

Heksaqonal, triqonalrombik sinqoniyalarda kristallaşaraq lövhəşəkilli kristallar, kürəvi aqreqatlar, mizraqşəkilli ikiləşmələr əmələ gətirən mineral.

Rəngsiz, boz olur. T.-ə effuziv süxurlarda, tuflarda təsadüf edilir; meteoritlərdə və ay süxurunda da aşkar edilmişdir.

Coğrafiya terminləri lüğəti

titanit

Monoklinik sinqoniyada kristallaşaraq sərbəst kristallar, dənəli, iynəvarı, radial-şüalı aqreqatlar əmələ gətirən mineral.

Rəngi sarı, qəhvəyi, yaşıl, bəzən qara, qırmızımtıl olur. Almaz parıltılıdır. Maqmatik süxurlarda geniş yayılmış aksessor mineraldır. Həmçinin qneyslərdə, kristallik şistlərdə, kvars damarlarında rast gəlir. Şəffaf növləri yarımqiymətli daşdır.

Coğrafiya terminləri lüğəti

təbaşir

Karbonat süxurların zəif sementləşmiş, narındənəli növü.

Təbii T., əsasən, mikroorqanizmlərin kalsit skeletinin hissələrindən təşkil olur. Mineraloji tərkibində kalsit (90-99%), qismən gil mineralları, pirit və s. iştirak edir. T. 30-500 m və daha dərində toplanan yarıbərkimiş dəniz lilidir. Təbiətdə geniş yayılmışdır.

Coğrafiya terminləri lüğəti

talk

Monoklinik sinqoniyada kristallaşaraq vərəqvarı və ya narındənəli sıx aqreqatlar, nadir hallarda lövhəvarı kristallar əmələ gətirən mineral.

Rəngi müxtəlif çalarlı ağ və yaşıl olur. Sədəf parıltılıdır.

Coğrafiya terminləri lüğəti

trovantlar

Mərkəzi və Cənubi Rumıniyada Karpat dağlarında böyüyən daşlar.

Yerli əhali tərəfindən “T.” adlandırılıb. Bu daşlar nəinki böyüyür, hətta çoxalırlar. Əksər hallarda formasına görə dəyirmi və sürüşkən olur. Görünüşcə bu ərazidə olan digər valunlardan az fərqlənsə də, yağışdan sonra T. göbələk kimi böyüyürlər. Geoloqlar bunu T.-ın tərkibindəki sementə oxşar maddənin su ilə reaksiyaya girməsi ilə əlaqələndirirlər. Bir neçə qram ölçüsü olan T. müəyyən müddət ərzində böyüyərək tonlarla ölçülür. Kiçik T. sürətlə böyüyüb müəyyən ölçüyə çatandan sonra inkişaf sürətini azaldır.

Coğrafiya terminləri lüğəti