Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

vermikulit

lat. vermiculus – soxulcan

Hidromikalar qrupuna aid mineral.

Monoklinik sinqoniyada kristallaşır. Rəngi qonur, sarımtıl-qonur, sarı, qızılı-sarı olur. V. biotitfloqopitin hidrotermal proseslərlə dəyişilməsindən əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

vad

Yüksək dispersliyə malik mineral maddə.

Qabıqlar, dendrit formalı nazik qatlar, konkresiyalar və s. əmələ gətirir. Rəngi qara, qara-qonur, qara-qəhvəyi olur. Dəniz və göllərin dib çöküntülərində əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

vanadinit

Vanadatlar sinfinə aid heksaqonal sinqoniyamineral.

Rəngi sarı, qonur, narıncı-sarı və qırmızı olur. Xırda prizmatik kristallar və torpaqvarı aqreqatlar əmələ gətirir.

Coğrafiya terminləri lüğəti

vezuvian

Silikatlar qrupuna aid tetraqonal sinqoniyamineral.

Rəngi sarı, qonur, yaşıl, boz olur. Şüşə parıltılıdır. Prizmatik kristal, dənəli və sıx kütlə halında olur. Hidrotermal mənşəlidir.

Coğrafiya terminləri lüğəti

violarit

violarus – bənövşəyi

Linneit qrupuna aid mineral.

Kubik sinqoniyada kristallaşır. Oktaedrik formalı kristallar əmələ gətirir. Rəngi bənövşəyi, bəzən bənövşəyi-boz olur.

Coğrafiya terminləri lüğəti

vitrofir

lat. vitrum – şüşə + yun. porphyra – fırfır, tünd-qırmızı rəng

Tərkibi kvars-porfir və ya ortofir, əsas kütləsi isə vulkan şüşəsindən ibarət olan porfir quruluşlu süxurların ümumiləşdirilmiş adı.

Coğrafiya terminləri lüğəti

vivianit

Fosforitlər sinfinə aid mineral.

Monoklinik sinqoniyada kristallaşır. Torpaqvarı aqreqatlar əmələ gətirir. V. tutqun-ağ və ya açıq-yaşıl olur. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

vollastonit

ingilis kimyaçısı U.Vollastonun şərəfinə adlandırılmışdır

Triklinik sinqoniyada kristallaşaraq lövhəvi kristallar və radial-şüavi aqreqatlar əmələ gətirən silikatlar sinfinə aid mineral.

Rəngi ağ, bəzən çəhrayıya və qonura çalır.

Coğrafiya terminləri lüğəti