Bəzi mühüm əlamətlərinə görə Yer səthinin iki yerə bölünmüş yarımkürə şəklində böyük hissələri.
Coğrafiyada Yer səthi Şimal və Cənub, Qərb və Şərq, quru (materik) və su (okean) Y.-lərinə bölünür. Şimal və Cənub Y.-lər bölgüsü ekvatora görə aparılır: ekvatordan Şimal qütbünə tərəf olan hissə Şimal Y.-si, Cənub qütbünə tərəf olan hissə Cənub Y.-si adlanır. Qurunun təqribən 2/3 hissəsi (100,5 milyon km2) Şimal Y.-sində yerləşir. Yer kürəsinin Qrinviç meridianından (0°) şərqə – 180°-lik meridiandan qərbə doğru olan hissəsinə Şərq Y.-si, Qrinviç meridianından qərbə – 180°-lik meridiandan şərqə doğru olan hissəsinə Qərb Y.-si deyilir. Avrasiya (Çukotkanın kiçik ərazisini çıxmaq şərti ilə), Afrikanın çox hissəsi və Avstraliya Şərq Y.-sinə düşür. Nəhayət, Yer kürəsi mərkəzi 47°13′ şm.e., 1°32′ q.u. olmaqla (Fransanın Nant şəhəri yaxınlığında) materik Y.-sinə və mərkəzi 47°13′ c.e., 178°28′ ş.u. olmaqla (Yeni Zelandiya yaxınlığında) okean Y.-sinə bölünür. Yerin quru sahəsinin 6/7 hissəsi materik Y.-sində yerləşir. Afrika – ərazisi bütün altı Y.-nin hamısına düşən yeganə materikdir.
Coğrafiya terminləri lüğətiArid iqlim şəraitində formalaşmış əsas landşaft tipi.
Buxarlanmanın illik yağıntıların miqdarından xeyli üstün olması və çay şəbəkəsinin seyrəkliyi Y.-nın başlıca cəhətlərindəndir. Y.-lar üçün çöl və səhra landşaftına xas olan bitki və torpaq kompleksləri də səciyyəvidir. Yerləşməsinə və iqlim xüsusiyyətlərinə görə mülayim qurşaq, subtropik qurşaq və tropik qurşaqların Y.-ları fərqləndirilir. Azərbaycanda Kür-Araz ovalığında Y. landşaftı geniş sahə tutur.
Coğrafiya terminləri lüğətiMüəyyən ərazidə (akvatoriyada) ekoloji komponentlərin, canlı orqanizmlərin, yaxud bütövlükdə ərazinin (akvatoriyanın) təbii şəraitinin mühafizəsi məqsədilə təsərrüfat fəaliyyətinin və ya onun ayrı-ayrı növlərinin qanunla qadağan olunduğu, dövlət tərəfindən mühafizə edilən sahə.
Y.-lar daimi və müvəqqəti (5-10-15 il və s.) olur. Onların landşaft, ornitoloji, faunistik, floristik, göl və bu kimi tipləri var. Azərbaycanda 20-dək daimi Y. mövcuddur.
Coğrafiya terminləri lüğətiMüasir aqrotexniki qaydalar və elmi nailiyyətlərdən (avtomatlaşdırma, kimyalaşdırma, elektrikləşdirmə, irriqasiya, meliorasiya, seleksiya və s.) geniş istifadə sayəsində kənd təsərrüfatının intensivləşdirilməsi, məhsuldarlığın yüksəldilməsi.
Y.İ. XX əsrin 60-70-ci illərindən etibarən bir sıra İEOÖ-də həyata keçirilməyə başlayıb, Türkiyə, Braziliya, Argentina, Hindistan kimi ölkələrdə bəhrəsini verib.
Coğrafiya terminləri lüğətiyun. zone – qurşaq
Yaşayış məntəqələri ətrafında təbii və süni meşələr, meşə-parklar.
Y.Z. yaşayış məntəqələrini külək və tozdan qoruyur, havanı tüstü və qazdan təmizləyir, bəzi əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir; həmçinin əhalinin istirahət yeri hesab olunur.
Coğrafiya terminləri lüğətiŞimal yarımkürəsində təqvim üzrə ilin iyun, iyul, avqust aylarını, astronomik cəhətdən isə yay gündönümü (22 iyun) ilə payız gecə-gündüz bərabərliyi (23 sentyabr) arasındakı dövrü əhatə edən fəsil.
Cənub yarımkürəsində isə Y. qış gündönümü (22 dekabr) ilə yaz gecə-gündüz bərabərliyi (21 mart) arasındakı fəsildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYerin Şimal yarımkürəsində ən uzun gün, ən qısa gecənin bərqərar olduğu gün.
Həmin andan günlər qısalmağa, gecələr uzanmağa başlayır. Y.G. hər ilin 22 iyununa təsadüf edir. Bu zaman günəş ekvatordan şimala doğru daha çox meyil edir və 23,5° şm.e. üzərində zenitə qalxır. Həmin enlikdə yerləşən cisimlərin kölgə uzunluğu olmur. Ekvator xəttindən şimalda qalan bütün ərazilərdə astronomik yay fəsli, əks yarımkürədə isə qış fəsli başlayır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiDəniz səviyyəsindən 500 m-dən hündürdə yerləşən, səthi hamar və ya az parçalanmış düzənlik.
Bəzən Y.-lar yüksək dağlıq ərazilərdə yerləşir, onlara dağlıq Y.-lar deyilir. Yer kürəsində ən hündür dağlıq Y. Çində yerləşən, “dünyanın damı” adlandırılan Tibet Y.-sıdır. Onun ərazisi Azərbaycanın ərazisindən təxminən 30 dəfə böyük, dəniz səviyyəsindən orta hündürlüyü 5000 metrə yaxındır. Braziliya, Qviana (Cənubi Amerika), Meksika, Kolorado (Şimali Amerika), Şərqi Afrika, Efiopiya (Afrika), Qərbi Avstraliya (Avstraliya), Orta Sibir, Anadolu, İran Y.-ları da planetin ən böyük Y-ları sırasına daxildir.
Coğrafiya terminləri lüğətiAlp və subalp çəmənlikləri ilə örtülü dağ yamacları.
İsti yay aylarında nisbətən sərin və rütubətli olduqları üçün Y.-lar mal-qaranın otarılması və insanların müvəqqəti yaşaması, istirahəti üçün çox əlverişlidir. Azərbaycanda Y.-ların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m yüksəklikdə yerləşir, Böyük Qafqaz dağlarında geniş əraziləri tutur.
Coğrafiya terminləri lüğətiŞimal yarımkürəsində təqvim üzrə ilin mart, aprel, may aylarını, astronomik cəhətdən yaz gecə-gündüz bərabərliyi (21 mart) ilə yay gündönümü (22 iyun) arasındakı dövrü əhatə edən fəsil.
Cənub yarımkürəsində isə Y. payız gecə-gündüz bərabərliyi (23 sentyabr) ilə qış gündönümü (22 dekabr) arasındakı fəsildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti