Çayların qarşısının süni və təbii üsullarla kəsilməsi nəticəsində yaranan göl.
Süni B.G. insanlar tərəfindən yaradılır, antropogen məşnəli olur. Təbii B.G. isə dağ uçqunları, buzlaqların hərəkəti, daha çox dağlıq ərazilərdə tektonik proseslər nəticəsində çayların yolunun tutulması zamanı əmələ gəlir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + yun. genes – mənşə + lat. elementum – başlanğıc, ilkin maddə
1. Orqanizmlərin əsas kütləsini təşkil edən, onların tərkibində həyat üçün zəruri bioloji funksiyalar yerinə yetirən kimyəvi elementlər.
Əsas B.E.-ə oksigen (canlı orqanizm kütləsinin 70%-ni təşkil edir), karbon (18%), hidrogen (10%), kalsium, azot, kalium, fosfor, maqnezium, kükürd, xlor, natrium, dəmir aiddir. Orqanizmdə bu və ya digər B.E.-in çatışmazlığı müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
2. Ölmüş orqanizmlərin çürüməsi nəticəsində yaranan maddələr.
Coğrafiya terminləri lüğətiCanlı orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn Yer səthi formalarının cəmi.
Relyefəmələgəlmə prosesində biogen amilin, o cümlədən bitki və heyvan qalıqlarının suda da, quruda da rolu böyükdür. Heyvanların yaratdıqları çayqırağı yataqlar, mərcan qalıqlarından törəyən adalar B.R. formalarına misal ola bilər.
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + yun. geo – Yer
Canlı orqanizmlərin kimyəvi tərkibini, onların həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri öyrənən elmi istiqamət, geokimyanın əsas sahələrindən biri.
B. Yer qabığında kimyəvi elementlərin miqrasiyası, səpələnməsi və konsentrasiyası proseslərində orqanizmlərin rolunu müəyyən edir, biogeokimyəvi vilayətləri aşkarlayır.
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + yun. geo – Yer + yun. koinos – ümumi
Vahid ərazidə canlı orqanizmlərin və təbii mühitin abiotik amillərinin qarşılıqlı əlaqəsi nəticəsində öz-özünü tənzimləyən ekoloji sistem.
Bu terminin və təlimin yaradıcısı (1942) sovet akademiki Vladimir Sukaçova görə, B.-da üzvi komponentlər (heyvanlar, bitkilər) qeyri-üzvi komponentlərlə (su, torpaq, iqlim) sıx bağlı olur, onların arasında daim maddələr və enerji mübadiləsi gedir. B.-lar biosferin elementar vahidləri sayılır və onların hamısı birlikdə Yerin biosferini əmələ gətirir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Təbii resurslardan istifadə prosesində insanla təbiətin əlaqəsini öyrənmək və bu sahədə tətbiq edilməli olan normaları araşdırmaq üçün iqtisadiyyatla ekologiyanın sərhədində yaranmış elm sahəsi.
2. Bərpa olunan bioloji resurslardan istifadəyə imkan verən biotexnologiyaların tətbiq edildiyi iqtisadiyyat sahəsi.
B. bərpa olunan bioloji resurslardan bioloji enerji, qida və yem məhsulları hazırlamaqla məşğul olur.
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + lat. corrosio – yeyilmə
Mikroorqanizmlərin təsiri altında baş verən çürümə, yeyilmə və dağılma prosesi.
Müxtəlif mikroorqanizmlərin suda, qruntda həyat fəaliyyəti nəticəsində yaranan maddələr, onların qalıqları korroziya prosesini sürətləndirir. B., adətən, süxurlara, sualtı və yeraltı konstruksiyalara dəniz, atmosfer, qrunt korroziyası ilə paralel təsir göstərir.
Coğrafiya terminləri lüğətiEyni növə və ya növlər qrupuna daxil olan canlıların, yaxud onların hamısının hər hansı sahə vahidinə düşən ümumi kütləsi.
Əksər hallarda quru və yaş maddə kütləsi ilə (q/m², q/m3, t/km², kq/ha və s.), bəzən başqa müvafiq vahidlərlə ölçülür. XXI əsrin əvvəllərinə olan hesablamalara görə, Yer planetinin ümumi kütləsinin cəmi 0,1%-ni B. təşkil edir. Tədqiqatlar göstərir ki, planetin quru səthində B.-nin minimum 97%-i bitkilərin (fitokütlə), maksimum 3%-i heyvan və mikroorqanizmlərin (zookütlə), 0,014%-i isə insanların payına düşür. Müxtəlif ərazilərdə bu nisbət kəskin fərqlənir. Okeanlarda B.-nin 93 faizdən çoxunu zookütlə, qalan hissəsini fitokütlə təşkil edir.
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + yun. logos – elm, təlim + lat. melioratio – yaxşılaşdırma
Hər hansı ərazidə canlı orqanizmlərin həyat şəraitinin, su rejiminin yaxşılaşdırılmasına, bioloji məhsuldarlığın yüksəldilməsinə yönəldilmiş meliorasiya tədbirləri.
B.M. tədbirləri qoruqlarda, ovçuluqda, balıqçılıqda (vaxtaşırı hövzələrin dibinin təmizlənməsi, qoruyucu kolların əkilməsi, gölməçələrin yaradılması, quş yuvalarının qurulması və s.) daha çox həyata keçirilir.
Coğrafiya terminləri lüğəti