1. Yeraltı suyun təbii surətdə Yer səthinə çıxması nəticəsində yaranmış mənbə.
Bir çox çayların mənbəyini B. təşkil edir, yaxud onlar qismən B.-lardan qidalanır.
2. Yeraltı suyun təbii surətdə Yer səthinə çıxması nəticəsində yaranan axın.
Suyunun temperaturu mənbədə +20°C-yə qədər olan B.-lar – soyuq, +20...+37°C olan B.-lar – subtermal, +37...+42°C olan B.-lar – termal, +42°C-dən yuxarı olan B.-lar isə isti B.-lar adlanır. B. suyunun tərkibində xeyli həllolunmuş kimyəvi elementlər və qazlar varsa, ona mineral B. deyilir.
Coğrafiya terminləri lüğətiSu buxarı kondensasiyası məhsullarının atmosferdən asılı və gözlə görünən toplusu.
Dünya okeanının səthində daim buxarlanma prosesi gedir. Su buxarı atmosferin soyuq layları ilə toqquşduqda onun kondensasiyası prosesi başlayır, B. əmələ gəlir. B. çox kiçikdiametrli su damcılarından, buz kristallarından və ya bunların qatışığından ibarət olur. Bəzi nadir növləri (sədəfi, gümüşü) istisna olmaqla, əsasən, atmosferin ən alt qatında – troposferdə yaranır. B.-lar müxtəlif tiplərə, növlərə bölünür. Əsas növlər bunlardır: topa, laylı və lələkvarı B.-lar. B.-u təşkil edən elementlər ağırlaşdıqda ondan ayrılır və yağıntı əmələ gətirir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. typos – forma, nümunə + yun. logos – elm, təlim
Buludların eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.
B.T.T., əsasən, onların mənşəyinə (genetik təsnifat) və Yer səthindən hündürlüyünə, formasına (morfoloji təsnifat) görə aparılır. Mənşəyinə görə konvektiv (topavarı), dalğavarı, frontal (layvarı) buludlar mövcuddur. Konvektiv buludlar havanın qeyri-bərabər qızması və isti havanın yuxarı qalxması nəticəsində yaranır. Dalğavarı buludlar inversiya sərhədində baş verən dalğalı hərəkətlər zamanı əmələ gəlir. Frontal buludlar isə isti havanın nizamlanmış hərəkətinin nəticəsidir. Morfoloji xüsusiyyətlərinə görə 4 yerə ayrılan 10 əsas bulud tipi var: aşağı mərtəbəli (2 km-dək), əsasən, su damcılarından ibarət laylı, laylı-topa, laylı-yağış buludları, orta mərtəbəli (2-6 km), əsasən, su damcıları və buz kristalları qarışığından ibarət yüksək topa, yüksək laylı buludlar, yuxarı mərtəbəli (6 km-dən yüksəklikdə), əsasən, buz kristallarından ibarət lələkvarı, lələkvarı-topa, lələkvarı-laylı buludlar. Şaquli istiqamətdə inkişaf edən buludlar isə topa və topa-yağış buludlarıdır.
Coğrafiya terminləri lüğətiGörünən göy qübbəsinin buludlarla örtülmə dərəcəsi.
Beynəlxalq razılaşmaya əsasən, B. 10 ballıq şkala üzrə ölçülür. B. sıfır bal olduqda səma təmiz, 5 bal olduqda – göyün yarısı, 10 bal olduqda isə hamısı tam buludla örtülür. Yuxarı və aşağı mərtəbələrdə B. ayrı-ayrılıqda qiymətləndirilir. Yer kürəsində ən aşağı orta illik B. Asuan şəhəri üzərində (0,5 bal), ən yüksək B. isə Ağ dəniz üzərində (8,8 bal) müşahidə edilir. Tropik və qütb enliklərində orta B. dərəcəsi aşağı, ekvatorial, subekvatorial, mülayim enliklərdə yüksək olur. B. hava və iqlimin formalaşmasına təsir edir, Yer səthinin soyumasının qarşısını alır, temperatur fərqlərini azaldır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiBuludların aşağı və yuxarı sərhədlərinin Yer səthindən hündürlüyünü ölçmək üçün meteoroloji cihaz.
B.-lərdə, əsasən, lazer şüasından istifadə olunur, yaxud fotoelementlə təchiz edilmiş cihaz zondla havaya qaldırılır. B. həmçinin atmosferdə aerozolların konsentrasiyasını ölçməyə imkan verir.
Coğrafiya terminləri lüğəti1. Havanın sütun və ya qıf formasında fırlanan hərəkəti.
B.-ın diametri bir neçə metrdən bir neçə 100 metrə çatır. Öz oxu ətrafında saniyədə 50-100 metr sürətlə fırlanır və bəzən 10-20 metr/san sürəti ilə yerini dəyişir. B. Yer səthinin kəskin qızması nəticəsində (məsələn, səhrada) atmosferdə havanın şaquli müvazinətinin pozulması nəticəsində əmələ gəlir. B.-ın mərkəzində olan alçaq təzyiq havanın, onunla birlikdə isə tozun, qumun yuxarı sovrulmasına, qum xortumu yaranmasına səbəb olur. Böyük dağıdıcı qüvvəyə malik B.-lar tutqun rəngdə olur, Yer səthindən buludlara qədər qalxır.
2. Suyun axında qapalı dairə üzrə fırlanan hərəkəti.
Su B.-ı çayların qarışması, yatağın genişlənməsi, axının hər hansı maneəyə rast gəlməsi, dənizlərdə və okeanlarda cərəyanların, qabarma və çəkilmə dalğalarının qarşılaşması nəticəsində yarana bilər. Su B.-larının əksəriyyəti kiçik olur, lakin suyun fırlanma sürəti böyük olduqda bəzən yüz metrlərlə dərinliyə enir, “qazan” adlanan sahələr yaradır; məsələn, Norveç yaxınlığında Malstrem B.-ında suyun fırlanma sürəti saatda 11 km-ə çatır. Belə yerlər naviqasiya üçün təhlükəlidir, B. suyun üzündəki kiçik gəmi və qayıqları sorub dərinliyə apara bilər. Su B.-ları üç qrupa bölünür: daimi, mövsümi və epizodik.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiAtmosfer yağıntılarından əmələ gəlmiş, ağırlıq qüvvəsinin təsiri altında dağ yamacları və ya dərələrlə yavaş-yavaş hərəkət edən iri buz kütləsi.
B. qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerlərdə yaranır. Adətən, B. qar sərhədi ilə iki hissəyə bölünür: sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, burada qar yığılır və buza çevrilir (akkumulyasiya). Qar sərhədindən aşağıda isə B.-ın əridiyi və buxarlandığı (ablyasiya) sahə yerləşir. Akkumulyasiya ilə ablyasiya arasındakı nisbətdən asılı olaraq B. irəliləyə – sahəsini böyüdə, yaxud çəkilə – sahəsini azalda bilər. Təsnifatına görə B.-lar bir çox növlərə bölünür, amma əsasən, üç böyük qrupa ayrılır: dağ B.-ları – dağlarda, zirvələrdə toplanan buz kütlələridir; dağ-örtük B.-ları – keçid forması təşkil edən B.-lardır; örtük B.-ları – relyefdən asılı olmadan Antarktida materikini, Qrenlandiya adasını, Şimal və Cənub qütbləri ətrafındakı adaları tamamilə örtən B.-lardır. Müasir B.-ların ümumi sahəsi 16 mln. km², yəni planetimizdə qurunun 11%-ni təşkil edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiQuru səthində müasir və qədim buzlaqların, əriyən buzlaq sularının fəaliyyəti nəticəsində əmələ gələn çöküntülər.
Hərəkət edən B.Ç. müxtəlif süxur qırıntılarını özü ilə aparır, onları parçalayır və öz yolu boyu, yaxud əriyib qurtardığı yerlərdə çökdürür. Aysberqlərin tərkibində olan və onların əriməsi ilə əlaqədar dəniz və okeanların dibində toplanan çöküntülərə də B.Ç. deyilir.
Coğrafiya terminləri lüğətiDağ buzlağının qar sərhədindən aşağıda, ablyasiya sahəsində yerləşən və hərəkət edən hissəsi.
B.D. yamaclar, dərələr boyu aşağı enir və burada əriyərək su hövzələrini qidalandırır, yaxud buxarlanır; məsələn, Avropanın ən böyük buzlağı, 2,5 milyon il yaşlı “əriyən əbədilik” adlandırılan Yostedalsbreenin (Norveç) 50 B.D. var.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. erosio – yuyulma, dağılma
Yüksək dağlıq zonada buz kütlələrinin tədricən aşağı sürüşərək yolunda rastlaşdığı dağ süxurlarını parçalaması, relyefin kələ-kötürlüklərini qismən hamarlaması prosesi.
Buzlağın hərəkəti nəticəsində onun yatağı dərinləşir və troq dərələrinin yaranmasına səbəb olur. Azərbaycanda B.E. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m.-dən yüksək ərazilərdə müşahidə olunur.
Coğrafiya terminləri lüğəti1. Buzların əriməsi nəticəsində yaranmış və buzlaqlardan qidalanan göllər.
Belə dağ gölləri çox yerlərdə, məsələn, Kareliyada silsilə təşkil edir.
2. Hərəkət edən buzlaqların yaratdığı relyef formalarının su ilə dolması nəticəsində əmələ gəlmiş göllər.
Bu mənada B.G. termini çox geniş izah olunur və moren gölləri də onlara aid edilir.
Coğrafiya terminləri lüğətiYerin geoloji tarixində iqlimin kəskin soyuması, qütb enlikləri ilə yanaşı, mülayim enliklərin də buz örtüyü altında qalmasıyla səciyyələnən böyük mərhələlər.
Bu mərhələlər vaxtaşırı təkrarlanıb və hər biri milyon, yüz min illərlə davam edib, Yer səthində fundamental dəyişikliklərə səbəb olub. Kembriyəqədərki eonda, Paleozoyda da B.D.-nin olduğu məlumdur, lakin yalnız ən müasir tarixi mərhələnin – Dördüncü dövr buzlaşmaları nisbətən yaxşı öyrənilib. Sonuncu buzlaşma dövrünün təxminən 110 min il əvvəl başladığı və 15-12 min il əvvəl bitdiyi güman edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti