Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Cənubi Amerika minimumu

lat. minimum – ən az

Cənubi Amerikanın tropik enlikləri üzərində yanvar ayında (Cənub yarımkürəsinin yayında) qapalı alçaq təzyiq (756 mm) sahəsi.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Cənubi Atlantik antisiklonu

yun. anti – əks, zidd + kyklon – fırlanan

Atlantik okeanının cənub hissəsində çoxillik atmosfer təzyiqi xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 765 mm, iyulda 768 mm) sahəsi.

C.A.A. Cənub yarımkürəsində subtropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.A.A.-nun öz mərkəzi isə Müqəddəs Yelena adası yaxınlığında yerləşir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Cənubi Hind okeanı antisiklonu

Hind okeanının cənub hissəsində atmosferin çoxillik təzyiq xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 765 mm, iyulda 770 mm) sahəsi.

C.H.O.A. Cənub yarımkürəsində subtropiktropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.H.O.A.-nun öz mərkəzi isə Mavriki adası yaxınlığında yerləşir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Cənubi Sakit okean antisiklonu

Sakit okeanın cənub-şərq hissəsində atmosferin çoxillik təzyiq xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 764 mm, iyulda 766 mm) sahəsi.

C.S.O.A. Cənub yarımkürəsində subtropiktropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.S.O.A.-nun öz mərkəzi isə Pasxa adası yaxınlığında yerləşir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

cənub-qərb

Üfüqün aralıq cəhətlərindən biri, cənubla qərb arasında yerləşən cəhət.

İxtisar edildikdə C-Q, kompas və beynəlxalq xəritələrdə S-W kimi işarələnir. Azimut dərəcəsi 225°-dir.

Coğrafiya terminləri lüğəti

cənub-şərq

Üfüqün aralıq cəhətlərindən biri, cənubla şərq arasındakı cəhət.

İxtisar edildikdə C-Ş, kompas və beynəlxalq xəritələrdə S-E kimi işarələnir. Azimut dərəcəsi 135°-dir.

Coğrafiya terminləri lüğəti

cənub-şərq passatı

holl. passaat – yaymaq, yayılmaq

Hava kütlələrinin Cənub yarımkürəsinin tropik yüksək təzyiq sahəsindən (25-30° c.e.) ekvatora doğru axını.

C.-Ş.P. ilboyu müşahidə edilir. Hind okeanı üzərindən keçdiyi üçün yağıntı gətirir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

cərəyan

1. Dünya okeanında daimi və dövri su axını.

Böyük su kütlələri müəyyən istiqamətdə hərəkətə gəlir və C. yaradır. Dünya okeanında suyun hərəkətə gəlmə səbəblərinə daimi küləklərin okean və dəniz səthinə təsiri, güclü yağıntı və buxarlanma nəticəsində səthin relyefinin dəyişməsi, qabarma və çəkilmə yaradan qüvvələr, atmosfer təzyiqinin dəyişməsi və s. aiddir. Ətraf sahələrdə suların temperaturu ilə müqayisədə isti və soyuq C.-lar fərqləndirilir. İsti C.-lar ekvatordan qütblərə doğru (məsələn, Qolfstrim), soyuq C.-lar qütblərdən ekvatora doğru (məsələn, Labrador) hərəkət edir.

2. Atmosferdə daimi və dövri hava axını.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

coğrafi

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Coğrafiya ilə bağlı.

Hər hansı anlayışın əvvəlində C. sözünün işlədilməsi onun coğrafiyaya aidliyinin göstəricisidir (məs.: coğrafi mühit, coğrafi sədd, coğrafi uzunluq).

Coğrafiya terminləri lüğəti

coğrafi determinizm

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. determinare – məhdudlaşdırmaq

Coğrafi mühitin insan cəmiyyətinə həlledici təsiri haqqında konsepsiya, təlim.

Bu konsepsiyaya görə, ölkələrin və xalqların sosial-iqtisadi inkişaf səviyyəsi, ilk növbədə, onları əhatə edən coğrafi mühitdən asılıdır. C.D.-in bəzi elementləri antik müəlliflərin (Strabon, Hippokrat) əsərlərində öz əksini tapıb, lakin təlim kimi o, XVIII əsrdə formalaşıb; məsələn, fransız alimi Şarl Monteskyö hər bir ölkədə mövcud olan siyasi idarəçilik sistemini də coğrafi mühitin təsiri ilə izah edirdi. Onun fikrincə, əsl demokratiya yalnız kiçik ölkələrdə mümkündür, orta ölçülü ölkələrdə sabitlik üçün monarxizm, böyük ölkələrdə despotizm qaçılmazdır. Sonradan bu baxışlar federalizm və hakimiyyət bölgüsü kimi siyasi prinsiplərin formalaşmasında böyük rol oynayıb.

Coğrafiya terminləri lüğəti