Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fauna rayonlaşdırması

lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı + fr. rayon – şüa, radius

Yer səthinin, qurunun və Dünya okeanının xarakterik heyvanlar aləminə, endemik cinslərin mövcudluğuna, onların inkişaf tarixinə, yayılma xüsusiyyətlərinə görə fərqləndirilən böyük ərazi vahidlərinə, akvatoriya sahələrinə bölünməsi.

Bölgü aparılarkən bir çox xüsusiyyətlər, hətta heyvan növlərinin sayı və ətraf mühitə təsir dərəcəsi də nəzərə alınır. F.R.-nda Yer səthi faunistik region, vilayət, əyalət və bu kimi bir-biri ilə əlaqəli hissələrə ayrılır.

Coğrafiya terminləri lüğəti

fay

fr. faute – çat

Tektonik hərəkətlər, məsələn, zəlzələ nəticəsində dağ süxurlarının qırıldığı və bloklardan birinin digərinə nisbətən qalxdığı, yaxud çökdüyü Yer səthi sahəsi.

Əgər qırılma xəttində bloklardan biri maili surətdə aşağı sürüşürsə, buna normal, yaxud düz faylanma, əksinə, digər blokun üzərinə qalxırsa, buna tərs faylanma deyirlər. Adətən, F.-lar pillə-pillə olur. Normal faylanmada çökən F.-lara qraben, yüksəklikdə qalan F.-lara horst deyilir.

Coğrafiya terminləri lüğəti

faydalı qazıntılar

Yer qabığında yerləşən, iqtisadiyyatın və texnikanın müasir inkişaf mərhələsində təsərrüfatda istifadəsi mümkün olan qeyri-üzvi və üzvi mənşəli təbii mineral birləşmələr.

F.Q. bərk, maye və qaz halında olur; tərkibinə, həmçinin xalq təsərrüfatında istifadə formalarına görə 3 əsas qrupa bölünür: filiz (metal) qrupu (qara, əlvan, nadir, nəcib, radioaktiv və s. metal filizləri); qeyri-filiz qrupu (sement xammalı, çınqıl, qum, qrafit, apatit, fosforit, qiymətli daşlar və s.); yanar qazıntılar qrupu (kömür, neft, təbii qaz, torf, yanar şistlər). F.Q. Yer qabığının inkişaf tarixi ərzində endogen (yəni daxili, məsələn, maqmanın soyuması) və ekzogen (yəni xarici, məsələn, qırıntıların çökməsi, çürüməsi) proseslər nəticəsində əmələ gəlib.

Coğrafiya terminləri lüğəti

faylı dağlar

Yer qabığının, əsasən, hamar relyefə malik qədim platforma sahələri üzərində yaranan dağlar.

Qırışıq dağlardan fərqli olaraq bu dağlar, əsasən, xarici qüvvələrin təsirindən parçalanır və ümumən alçaq olur (məs.: Ural, Appalaç, Kap, Skandinaviya, Böyük Suayırıcı və s. dağlar).

Coğrafiya terminləri lüğəti

fenoloji xəritə

yun. phaino – aşkar edirəm

Mövsümdən asılı olaraq üzvi aləmin dəyişkənliyinin, bitki və heyvanların inkişaf fazalarının vaxt bölgüsünü əks etdirən xəritə.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

fəaliyyətdə olan vulkan

Müasir dövrdə püskürməsi davam edən, yaxud tarixi keçmişdə püskürməsi haqqında məlumat olan, fumarol fəallığını müəyyən qədər saxlayan vulkan.

Yer kürəsində yüzlərlə F.O.V. var. Onların əksəriyyəti (75%-ə qədəri) “Odlu qövs zonası” adlandırılan Sakit okean sahili zolağında və adalarda yerləşir.

Coğrafiya terminləri lüğəti

fəsil

İlin bölündüyü dörd mövsümdən hər biri.

F.-lər planetin Günəş ətrafında fırlanmasından, habelə Yerin öz ətrafında fırlanma oxunun orbit müstəvisinə nisbətən meyillilik dərəcəsindən asılı olaraq dəyişir, əsasən, iqlim fərqi ilə səciyyələnir. F.-lər təqvim üzrə ilin müəyyən aylarını, astronomik cəhətdən isə gecə-gündüz bərabərlikləri ilə gündönümləri arasında qalan tarixləri əhatə edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

atmosfer dövranı

Atmosferi əhatə edən hava axınları sistemi.

A.d. Yer səthində günəş radiasiyasıatmosfer təzyiqinin qeyri-bərabər paylanması və Yerin fırlanması nəticəsində yaranır. A.d.-nda coğrafi mövqeyi və xarakterindən asılı olaraq passatlar, antipassatlarmussonlar iştirak edir. Siklon antisiklonların hərəkəti ilə əlaqədar hava axınları da müəyyən edilmişdir.

Coğrafiya terminləri lüğəti

fırtına

Güclü külək.

Bofort şkalasına görə, küləyin gücü 9 bala çatdıqda, sürəti 20,8-24,4 m/san olduqda ona F. deyilir. Güclü F. (10 bal) saniyədə 24,5-28,4 metr, şiddətli F. (11 bal) saniyədə 28,5-32,6 m sürətlə əsir. Güclü F. quruda dağıntılara və dənizdə ciddi dalğalanmaya səbəb olur. Şiddətli F. ağacları kökündən qopara bilir, dəniz köpüklə örtülür, dalğaların orta hündürlüyü 11,5, maksimal hündürlüyü 16 metrə çatır. Adətən, F.-nın yaranmasına siklonlar səbəb olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

atmosfer optikası

Atmosferdən işıq keçərkən baş verən optik hadisələri öyrənən atmosfer fizikasının bölməsi.

Buraya müxtəlifrəngli hadisələrdən (dan yeri, göyqurşağı, göyün rənginin dəyişməsi) başqa mühüm praktik əhəmiyyəti olan hadisələr də (görünən və görünməyən radiasiyanın atmosfer tərəfindən səpələnməsi və şüalandırılması, işığın polyarlaşması, obyektlərin görünməsi və s.) aiddir.

Coğrafiya terminləri lüğəti