Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

horst

alm. horst – yuva

Yer qabığının parçalanma nəticəsində yuxarı qalxmış, digər faylarla əhatə olunmuş hissəsi.

H. tektonik proseslər nəticəsində yaranır, onun eni, uzunluğu və hündürlüyü bəzən kilometrlərlə olur. Almaniyada Şvarsvald, Fransada Vogez və İspaniyada Syerra-Nevada dağları nəhəng H.-lara nümunədir. H. terminini elmə 1873-cü ildə Avstriya geoloqu Eduard Züss daxil edib.

Coğrafiya terminləri lüğəti

hövzə

1. Yer qabığının əyilmiş iri strukturu, böyük və dərin çökəklik; məs.: okean hövzəsi.

2. Forması və təşkil olunduğu süxurların xüsusiyyətlərinə əsasən, suları özündə toplayan relyef tipi və ya yeraltı struktur; məs.: artezian hövzəsi.

3. Ayrıca çaya və ya çay sisteminə axan suların əhatə etdiyi sahə.

4. Buzlaq və onun qollarının qidalandığı sahə.

Coğrafiya terminləri lüğəti

humus

lat. humus – yer, torpaq

Bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tündrəngli torpaq qatı.

Bu qat üzvi maddələrdən, çürüntülərdən ibarətdir. H.-un tərkibində torpağın məhsuldarlığı üçün vacib olan turşular (humin turşuları və fulvoturşular), bitkilər üçün zəngin qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) var. H. torpağın bioloji fəallığını artırır. Tündrəngli torpaqlarda (qara, qırmızı) H.-un miqdarı çox, açıqrəngli torpaqlarda (boz, açıq-şabalıdı) az olur.

Coğrafiya terminləri lüğəti

hündürlük qurşaqları

Dəniz səviyyəsindən hündürlük dərəcəsindən asılı olaraq landşaftların qanunauyğun şəkildə bir-birini əvəz etməsi.

Dağlarda yüksəkliyə qalxdıqca temperatur, yağıntının miqdarı və s. dəyişdiyi üçün müxtəlif H.Q. əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

xarici planetlər qrupu

yun. planetos – gəzən ulduz

Günəş sisteminin Yer qrupu planetlərinin orbitlərindən arxada yerləşən, bir sıra ümumi fiziki xüsusiyyətlərə malik böyük planetləri.

Bunlar Yupiter, Saturn, Uran və Neptundur. Xarici planetlər böyük ölçülərə və kütləyə malikdir. Yer qrupuna aid planetlərdən fərqli olaraq onlar qazlardan ibarətdir (hidrogen, helium, ammonyak, metan və s.). Xarici planetlər soyuqdur, qalın atmosferləri var, öz oxları ətrafında sürətlə fırlanır, lakin orbit üzrə Günəş ətrafında yavaş hərəkət edir; məsələn, Neptun Günəş ətrafında 165 ildə bir dövrə vurur. Xarici planetlərin çoxlu sayda peykləri var.

Coğrafiya terminləri lüğəti

Xərçəng tropiki

yun. tropikus – dairəvi döngə

Şimal tropiki, günəşin ildə bir dəfə zenitdə göründüyü iki paraleldən biri.

X.T. təqribən 23,5° şimal enliyinə uyğun gəlir. Tropikin adı yay gündönümündə Günəşin daxil olduğu bürcün adından götürülüb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti