Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

izoxron

yun. isos – bərabər + yun. chronos – vaxt, müddət

Müəyyən təbii hadisənin müxtəlif yerlərdə eyni vaxtda, yaxud müxtəlif vaxtlarda eyni yerdə baş verməsini xəritədə, sxemdə əks etdirən izoxət.

Məsələn, meteorologiyada havanın orta illik temperaturunun orta çoxillik temperatur göstəricisindən kənara çıxdığı tarixləri birləşdirən izoxət; seysmologiyada seysmik dalğaların eyni vaxtda çatdığı nöqtələri birləşdirən izoxət və s.

Coğrafiya terminləri lüğəti

izostaziya

yun. isos – bərabər + yun. stasis – dayandığı yer, dayanacaq

Yer qabığının qravitasiya qüvvəsinin təsiri altında öz tarazlığını qorumasına dair fərziyyə.

Bu tarazlıq fərziyyəsinə görə, hər hansı bir sahədə çöküntülərin toplanması nəticəsində Yer qabığının ağırlığının artması onun batmasına, süxurların yuyulması yolu ilə yükün götürülməsi isə qalxmasına səbəb olur.

Coğrafiya terminləri lüğəti