Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

bakteriya

Xəstəliktörədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob.

Bakteriyalar xəstəliklər törətsə də, insanlara faydası da vardır: onların vasitəsilə pendir, qatıq, sirkə, maya və s. alınır.

İbtidai siniflər üçün terminlər lüğəti

bank

Pul vəsaitini cəmləşdirən, kredit verən, pul hesablamaları aparan və s. bu kimi işləri həyata keçirən idarə.

İbtidai siniflər üçün terminlər lüğəti

bariton

Yüksəkliyinə görə tenorbas arasında kişi səsi.

Məşhur bariton səsli ifaçılardan Müslüm Maqomayevi misal göstərmək olar.

İbtidai siniflər üçün terminlər lüğəti