Bütün orqanizmlərin cəmi.
Canlı təbiətə bitkilər, heyvanlar, insanlar daxildir. Canlı təbiəti cansız təbiətdən fərqləndirən beş əsas xüsusiyyət vardır: tənəffüs, qidalanma, inkişaf, çoxalma, məhv olma.
Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsi.
Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Belə bir qüvvənin mövcudluğunu ingilis alimi İ.Nyuton kəşf etmişdir.
İnformasiya daşıyıcısı: müxtəlif məlumatların saxlanması və oxunması üçün nəzərdə tutulan kompakt disk.
Həmçinin bax:
Riyaziyyatın bölmələrindən biri: ədədləri, onların xassələrini, riyazi əməlləri öyrənən elm sahəsi.
Toplama əməlinin komponentlərindən biri: iki və daha çox ədədin toplanmasından alınan nəticə.
5 + 7 = 12 əməlində «12» cəmdir.
Sözlərə qoşularaq əşyanın sayının birdən artıq olduğunu bildirən qrammatik şəkilçi: -lar, -lər; məsələn: uşaq – uşaqlar, çiçək – çiçəklər.
Qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri.
Cəngi, əsasən, zurnaçılar dəstəsi tərəfindən pəhləvanlar yarışında (pəhləvani) çalınır.
Üfüqün dörd əsas cəhətindən biri: şimala əks səmt.
Cənub kompas və beynəlxalq xəritələrdə «S» (ingiliscə south) kimi işarələnir.
Oyun qaydalarını pozmuş komandanı cəzalandırmaq məqsədilə hakim tərəfindən təyin edilən zərbə.
Tələffüzündə səs telləri iştirak edən samitlər.
[b], [c], [d], [g], [ğ], [j], [q], [l]
[m], [n], [r], [v], [y], [z]
Kimyəvi maddə: gümüşü-ağ rəngdə ağır, duru metal.
Civə otaq temperaturunda maye halındadır. Nadir tapılan metallara daxildir. Civə və onun birləşmələri zəhərlidir. Temperaturun dəyişməsi nəticəsində termometrin içərisində qalxıb-enən maddə civədir.
Kino sənətinin əsas növlərindən biri: kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin animasiyası vasitəsilə yaranan film.
Bax: toponim.
Yer üzərində müəyyən xüsusiyyətlərə və əraziyə malik obyektlər: dəniz, okean, ada, materik, səhra və s.
Yer örtüyünü, onun quruluşunu, eləcə də atmosferi öyrənən elm sahəsi.
«Coğrafiya» terminini elmə e.ə. II əsrdə yunan alimi Eratosfen gətirib.